PDF Oxu

Siyasət

  • 25

Vasif Əfəndiyev: “Prezident dəyişikliklərin anonsunu verdi” AÇIQLAMA

Vasif Əfəndiyev: “Prezident dəyişikliklərin anonsunu verdi” AÇIQLAMA

"Azərbaycan iqtisadi həyatında uzun sürən stabillik şəraitindən sonra obyektiv səbəblərdən yaranan müəyyən gerilik radikal müxalifəti bir qədər canlandırıb". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, iqtidar ölkənin düşdüyü çətin durumu aradan qaldırmaq üçün yollar aramaqdadır: "Bu yaxınlarda iqtidar sözçülərinin müxalifətə böhrandan çıxış planları barədə təkliflərini dinləməyə hazır olduqlarını bildirmələri hakimiyyətin problemlərə biganə qalmadığını sübut edir lakin buna baxmayaraq bəzi qərəzli siyasətçilər böhrandan çıxış yollarını yalnız qarşıdurma və ya xaos yaratmaqda görürlər. Bildiyim qədər bir neçə siyasi təşkilat bu istiqamətdə təkliflər verdiklərini desələr də konkret çıxış yollarını göstərən planlarının olmadığı aydın oldu. Bu səbəbdən də konkret təkliflər əvəzinə hakimiyyəti günahlandırmaq və kütləvi itaətsizliyə çağıran bəyanatlar verirlər. Bu istiqamətdə ən çox fəallıq edən isə ölkə iqtisadiyyatına küllü miqdarda ziyan vuraraq ABŞ-da gizlənən, intellekti və savadı orta səviyyədən aşağı olan Rəsul Quliyevdir. Mən hələ də belə bir adamın uzun illər Parlament sədri vəzifəsində işləməsinə təəccüb edirəm".Politoloq bildirib ki, hazırda dünyada çox təlatümlü və sürətlə dəyişən proseslər gedir: "Uzun illərdir ki, ölkədə iqtisadi və siyasi stabillik mövcud olub. Azərbaycanda siyasi stabilliyin pozulmasında maraqlı qüvvələrin maraq yaratdığnı bildiyimiz şəraitdə ölkədəki siyasi durumu xaosa çevirməyə yönəlik edilən çağırışlar xəyanətdən başqa bir şey deyildir. Prezidentin Nazirlər kabinetində çıxışına ironik yanaşan qüvvələr isə tezliklə ölkədə böyük dəyişikliklərin şahidi olacaqlar. Prezident İlham Əliyevin son günlər bu dəyişikliklər anonsunu verməsinin də şahidi olmuşuq. Bir çoxları prezidentdən dərhal və radikal dəyişikliklərin etməsini umsalarda İlham Əliyev cənabları bu sahədə daha təmkinli davranmaq yolunu seçib. İlk növbədə cənab Prezident vəziyyətin mürəkkəbləşməsində cavabdeh şəxslərə bir şans verdi. Artıq bundan sonrakı prezidentin addımlarını izləməyi hər kəsə məsləhət görürəm. İnanıram ki, yaxınlarda vəziyyətin yaxşılaşması istiqamətində tədbirlərin görülməsinin şahidi olacağıq".

sia.az

Digər xəbərlər