PDF Oxu

Siyasət

  • 16

Mərkəz sədri: “Həmsədrlərin fərqli siyasi maraqları var” AÇIQLAMA

Mərkəz sədri: “Həmsədrlərin fərqli siyasi maraqları var” AÇIQLAMA

"Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün vasitəçilik missiyası verilən ATƏT Minsk qrupu 20 ildən çoxdur səmərəsiz fəaliyyət göstərir. Bu günə qədər tərəflərə təqdim etdiyi həll variantları qəbul edilməyib". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, ümumiyyətlə Minsk qrupunun son 20 illik fəaliyyətinə nəzər yetirdikdə, sanki bu qurum məsələni həll etməklə yox, Ermənistana birbaşa dəstək vermək və uzatmaqla məşğuldur: "Maraqlı bir nüansı diqqətinizə çatdırım, Minsk qrupu həmsədr ölkələrinin post-sovet coğrafiyasında yaşanan etnik problemlərə münasibətdə sanki sadəcə Dağlıq Qarabağ problemində mənafeləri üst-üstə düşür.Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemində Minsk qrupu həmsədr dövlətlərinin fərqli siyasi maraqları vardır. Siz heç ABŞ-ın, Fransanın Dnestryanına, Abxaziya və Cənubi Osetiya maliyyə yardımı etdiyini və yaxud onların ABŞ və Fransada nümayəndəliyinin açılmasını eşitmişiniz? Bu dövlətlər isə qondarma Dağlıq Qarabağ rejiminə hər il birbaşa maliyyə yardımları edir, ölkələrində bu rejimin nümayəndəliyinin açılmasına şərait yaradırlar. Qondarma rejimin nümayəndələri Minsk qrupu həmsədr ölkələrinə səfər edir, görüşlər keçirirlər. Bu ikili standartdır və Dağlıq Qarabağ probleminin həll edilməsinə yönəlik siyasət deyil".O əlavə edib ki, ABŞ və Avropa dövlətləri Rusiya Krımı ilhaq etdi deyə bu ölkəyə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edir: "Siz heç Minsk qrupu həmsədr dövlətlərin Azərbaycan torpaqlarını işğal edən Ermənistana siyasi və iqtisadi sanksiya tətbiq etdiyini görmüsünüz? Əksinə, hər üç dövlət Ermənistan ilə siyasi və hərbi əməkdaşlığını genişləndirir, ona yardım edir, ordusunu daha da gücləndirir. Həmsədr dövlətlər problemin həll edilməsi istiqamətində ikili standartlardan əl çəkmədiyi müddətdə Dağlıq Qarabağ probleminin həll edilməsi uzanacaqdır. Bu da işğalçı Ermənistan dövlətinin bölgənin təhlükəsizliyini təhdid edəcəyi deməkdir".

sia.az

Digər xəbərlər