PDF Oxu

Siyasət

  • 20

Elçin Mirzəbəyli: “Şimali Koreya hər zaman olduğu kimi, blef edir” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Şimali Koreya hər zaman olduğu kimi, blef edir” AÇIQLAMA

"Şimali Koreya hər zaman olduğu kimi, blef edir. Bu ölkə qitələrarası ballastik raketə malik ölkə deyil". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Şimali Koreyanın ABŞ-ı atom bombası ilə vurması ilə hədələməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, hələ Ş.Koreyanın mükəmməl atom silahına malik olması ilə bağlı verdiyi bəyanatlar öz təsdiqini tapmayıb: "Nüvə texnologiyasında "çirkli" nüvə bombası deyilən bir anlayış var. Hətta ekspertlərin əksəriyyəti də Ş.Koreyanın "çirkli" nüvə bombasına malik olduğunu bildirirlər. Bütün hallarda nüvə bombası varsa belə onun qitədən-qitəyə daşınması üçün müvafiq qitələrarası ballistik raketlərin olmasına ehtiyac var. Ş.Koreya isə buna sahib deyil. Sahib olsa belə ABŞ-ın hava hücumundan müdafiə sistemindən müdafiə sistemi istənilən raketin qarşısını almaq imkanındadır".

sia.az

Digər xəbərlər