PDF Oxu

Siyasət

  • 22

İqtisadçı: “Qeyri-neft sektorunun inkişafı vacib şərtdir”

İqtisadçı: “Qeyri-neft sektorunun inkişafı vacib şərtdir”

"2016-cı ildə qeyri-neft sektorunun inkişafı artıq təxirə salınmaz və vacib şərtdir. Səbəb sadədir. Bizim neft gəlirlərimizin azalması fonunda qeyri-neft sektorunun inkişafı 2016-cı ildə sürətlənəcək. Sevindirici haldır ki, artıq bu gün metal məhsullarda heç bir bürokratik addım olmadan, qayda pozuntusu olmadan, tam gömrük rüsumları ödənilməklə keçid reallaşıb. Bütün bunlar gömrük sistemində aparılan islahatların nəticəsidir ki, bunun kökündə cənab Prezidentin siyasi iradəsi dayanır. Prezidentin son müşavirədəki çıxışı artıq ölkəyə gətirilən mallara təsir etməyə başlayıb. Bütün bunlar da qeyri-neft sektorunun inkişafına mütərəqqi təsir göstərəcək". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.Onun sözlərinə görə, eyni zamanda kənd təsərrüfatı məhsullarının xaricə ixracını sürətləndirməli, daxili istehsalı gücləndirməklə idxalı azaltmalıyıq: "Bundan əlavə turizm sektorunda otel qiymətləri nəzərə çarpacaq dərəcədə azaldılmalıdır. Çünki xarici turistlərin əsas fikir verdiyi məqam budur. Qiymətli kağızlar bazarı, xüsusilə səhm bazarını inkişaf etdirmək lazımdır. Eləcə də Bakı Fond Birjasının fəaliyyətini qloballaşdırmaq lazımdır ki, ən azı 2016-cı ildə Cənubi Qafqaz və MDB-nin öndə gedən birjası olmaqla xarici investor cəlbinə səbəb olsun".

sia.az

Digər xəbərlər