Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident hökümətə ictimai nəzarətin vacib olduğunu bildirdi və İctiami Şuraların yaradılmasını qeyd etdi. Bu halda sual yaranır bu nəzarət funksiyasını QHT-lər lazımınca yerinə yetirə bilərmi? Bu ictimai şuralarda daha çox hansı QHT-lərin təmsil olunması məqbul sayıla biləri? Söhbət etdiyimiz QHT rəhbərləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından razı qaldıqlarını və hökumətin fəaliyyətinə ictimai nəzarətin olması ilə bağlı mövqeyini dəstəklədiklərini bildirdilər.
İnsan Hüquqları üzrə XXI əsr Fondunun sədri Şahin Camalov:
- Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev hökumətə nəzarəti üçün ictimai nəzarətin vacib olduğunu qeyd etməsi haqlı mövqedir. Bütün dövlət qrumları yanında ictimai nəzarəti həyata keçirəcək şuralar yaradılmalıdır. Azərbaycan qanunveriçiliyinə görə, dövlət qurumları nəzdində ictimai şuralar yaradılmalı idi. Dövlət qurumları bunun üçün çox gecikiblər. Hesab edirəm ki, Prezident İlham Əliyev siyasi iradəsini ortaya qoyandan sonra böyük ehtimalla bu tezliklə yaradılacaqdır.
"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:
- Azərbaycan Prezidenti Cənab İlham Əliyev ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini qeyd etdi: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etmək ki, gedin bu və ya digər sahəyə nəzarət edin. Ancaq, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır". Prezidentin bu mövqeyi şəffaflığın artırılmasına və hökümətin fəaliiyyətin daha da güclənməsinə xidmət edəcək. QHT sektoru ictimai şuraların yaradılmasında fəal iştirak etməklə bu sahənin inkişafına öz töhfələrini verməlidir. Bildiyim qədər artıq bəzi icra hakimiyyətləri və nazirliklərdə bu funksiyalar yaranıb. Əminliklə demək olar ki, hökümətin fəaliyyətinə ictimai şuralar vasitəsi ilə ediləcək nəzarət çox müsbət nəticə verə bilər.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Dəfələrlə Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin vacibliyini vurğulayıb. Amma Nazirlər Kabinetinin budəfəki müşavirəsində Prezident İlham Əliyev çıxşında maliyyə vəsaitlərinin xərclənməsində, ümumiyyətlə, dövlət vəsaitinin xərclənməsində ictimai nəzarətin vacibliyini vurğuladı. Bu isə, o deməkdir ki, dövlət ictimai nəzarətin daha da gücləndirilməsinin tərəfdarıdır.
GÜLYANƏ