Yanvarın 8-də Avropa Azərbaycanlıları Konqresinin Fəxri Prezidenti Başar Kömür Xristian Demokrat Birliyi Partiyası rəhbərinin köməkçisi, Almaniya Bundestaqının üzvü Yuliya Klöknerin dəvəti ilə Mayns şəhərində keçirilən Almaniya İqtisadi Forumunda iştirak edib. Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Kansler Angela Merkelin də qatıldığı Forumun əsas mövzusunu Almaniyanın bugünkü iqtisadi vəziyyəti, Avropaya miqrant axınının alman iqtisadiyyatına təsiri təşkil edib.Forum çərçivəsində xanım Klökner ilə Başar Kömür arasında görüş baş tutub. Görüşdə Azərbaycan və Almaniya arasındakı iqtisadi münasibətlər müzakirə olunub. Xanım siyasətçi tərəfindən Azərbaycanın Almaniya üçün iqtisadi əhəmiyyət daşıdığı, Azərbaycanın neft və təbii qaz ehtiyatlarının dünya bazarında önəmli rola malik olduğu vurğulanıb.Sonda Başar Kömür Azərbaycan diasporu adından Yuliya Klöknerə salamlarını çatdırıb və dəvətə görə xanım siyasətçiyə öz minnətdarlığını bildirib.
sia.az