"Rusiya əhalisi Dövlət Dumasının və ya siyasi rəhbərliyin düşündüyü kimi düşünmür. Orada əhalinin 20-25 faizi türk xalqları qrupuna daxil olan müsəlmanlardır. Xüsusən tatarlar, başqırdlar, altaylar və s. bu kimi xaqlar Rusiya Dövlət Dumasına təqdim olunan qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinə müxalif mövqe tuturlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, belə bir qərar qəbul olunsa, Rusiyanın daxilində millətlərarası ziddiyyətlər dərinləşəcək. Politoloq qeyd edib ki, Moskva və bütün Rusiyanın patriarxı Kirillin "erməni soyqrımı"nın olmaması haqda müsahibəsi çox əhəmiyyətlidır və bu çıxış erməni yalanlarını darmadağın etdi.Q.Hüseynli deyib ki, hazırda Rusiya və Türkiyə arasında vasitəçilik səyləri lazımdır: "Rusiya ilə Türkiyə arasında münasibətləri qaydasına salmaq üçün müəyyən addımların atılması lazımdır. Bu işdə Türkiyənin özü də fəal olmalıdır. Türkiyə Fransa ilə danışıqlar aparırsa, Rusiya ilə niyə danışıqlar aparmamalıdır. Düzdür Putinin dəlisov xasiyyəti işlərə mane olur, amma hər-halda onu da yoluna qoymaq olar. Güman edirəm ki, bu məsələnin qarşısını almaq, Rusiya-Türkiyə münasibətlərini yaxşılaşdırmaq mümkün olacaq".
sia.az