PDF Oxu

Siyasət

  • 22

Araz Əlizadə: “Rəsul Quliyevin damağında ləzzət qalıb” AÇIQLAMA

Araz Əlizadə: “Rəsul Quliyevin damağında ləzzət qalıb” AÇIQLAMA

"Rəsul Quliyevin ABŞ-da təhlükəsiz yerdə oturub Azərbaycan əhalisini iğtişaşlara, qarşıdurmalara sövq etməsi yanlışdır və heç cür qəbuledilməzdir". Bunu SİA-ya millət vəkili Araz Əlizadə deyib.Onun sözlərin görə, Rəsul Quliyevə qarşı cinayət işi varsa, bu iş tamamlanıb həbs haqqında qərar vermək lazımdır: "Bu şəxsin məqsədi ancaq Azərbaycana gəlib vəzifə tutub və oğurlamaqdır. Bu kimi insanların arxasında özünü kimi tamahkarları dayanır. Rəsul Quliyev vaxtilə çoxlu pullar oğurlayıb. Hazırda onun pulları get-gedə azalmaqdadır. Sadəcə olaraq damağında ləzzət qalıb ki yenidən qayıtsın və pul oğurlasın. Bunun başqa izahı yoxdur".

sia.az

Digər xəbərlər