PDF Oxu

Siyasət

  • 31

Hikmət Babaoğlu: “Mətbuatımızın borcu qətiyyətli və obyektiv mövqe nümayiş etdirməkdir”

Hikmət Babaoğlu: “Mətbuatımızın borcu qətiyyətli və obyektiv mövqe nümayiş etdirməkdir”

"Qeyri-iqtisadi səbəblər nəticəsində bir çox ölkələrin o cümlədən ölkəmizin pul maliyyə sektorunda yaranmış vəziyyət, bütün baş verənlərə baxmayaraq Azərbaycan iqtisadiyyatının müqavimət qabiliyyətli olduğunu göstərdi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, daxili istehsal sahələrində, xüsusilə də ərzaq səbətində əhəmiyyətli yer tutan kənd təsərrüfatı məhsullarında əsaslı qiymət fərqi müşahidə edilmədi: "Ət və süd məhsulları demək olar ki, sabit qiymət normasında qaldı. Əgər yenə də ölkəmizdə istehsal olunan digər ərzaq və kənd təsərrüfatı məhsulları inhisarlaşmaya məruz qalmasa idi onların da qiyməti sabit qalacaqdı. Mən şəkər tozu, çay, duz , bitki yağları və s. kimi məhsulları nəzərdə tuturam. Belə olsa idi manatın devalivasiyası daha az təsirli olacaqdı".H.Babaoğlu əlavə edib ki, təəssüf ki, bir sıra strateji sektorlarda inhisarçı mövqeyə gəlmiş şirkətlər süni bahalaşma yaradaraq qiymətləri qaldırdılar: "Üstəlik süni qiymət artımının real əsasları olduğunu sübut etmək üçün bir sıra media qurumlarında məlumat yaydılar ki, guya qiymətləri qaldırmağa məcbur olublar çünki beynəlxalq bazar qiymətləri diqtə edirmiş. Əslində isə belə bir şey yoxdur. Ona görə də cənab Prezident süni qiymət artımının qarşısının alınması üçün medianin ictimai nəzarət funksiyasını xatırladaraq milli mətbuatı öz vəzifəsini yerinə yetirməyə çağırdı. Milli mətbuatımızın həm borcu, həm də vəzifəsidir ki, süni bahalaşmaya qarşı mübarizədə qətiyyətli və obyektiv mövqe nümayiş etdirsin. Ciddi araşdırmalar apararaq qiymət artımının qaçılmaz olduğunu, yaxud bu artımın xarici bazarlarla əlaqədar olduğunu isbat etmək istəyən möhtəkirləri ifşa etsinlər".

sia.az

Digər xəbərlər