PDF Oxu

Siyasət

  • 17

Üzeyir Cəfərov: “Həmsədrlər iş görmək imitasiyası yaratmaq istəyirlər” AÇIQLAMA

Üzeyir Cəfərov: “Həmsədrlər iş görmək imitasiyası yaratmaq istəyirlər” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Böyük Britaniyada bir araya gələrək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə etməsindən heç bir uğurlu gözləntim yoxdur". Bunu SİA-ya müstəqil hərbi eskpert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, son vaxtlar həmsədlərin canfəşanlığına təəccüblənməmək mümkün deyil: "Onlar hiss edirlər ki, artıq Azərbaycanda təkcə ictimai sektorda deyil, rəsmilər də ATƏT-in Minsk qrupunun həmsədrlərini fəaliyyətsizliyindən narazılıq edirlər. Məhz buna görə də onlar iş görmək imitasiyası yaratmaq istəyirlər və canfəşanlıq edirlər ki, nəyisə əldə edə bilərlər. Bu gün həmsədrlər ortaya qoysun ki, bir dəfə də olsun işğalçını öz adı ilə çağırırlar. Yəni Ermənistanın işğalçılıq siyasətini pisləyiblər".Ekspert əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin kənarda qalması belə çox hiddətləndirir: "Çünki Minsk qrupu BMT-dən yuxarı bir qurum deyil. Axı niyə onlar bu sənədə istinadə etmirlər və işğalçının fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində qiymət vermirlər? Bu sadəcə olaraq ilin əvvəlində özlərinin hesabatı üçün bir canfəşanlıq idi. Baxın görün, hər gün cəbhədə atəşkəs necə pozulmuşdusa elə də pozulmaqda davam edir. Ermənistanı Rusiya necə silahlandırırdısa, elə də silahlandırmaqda davam edir. Ona görə də onlar bizləri axmaq yerinə qoymamalıdırlar".

sia.az

Digər xəbərlər