PDF Oxu

Siyasət

  • 25

Adil Əliyev: "Türkiyəni terrorla zəiflətmək istəyənlər buna nail ola bilməyəcək"

Adil Əliyev: "Türkiyəni terrorla zəiflətmək istəyənlər buna nail ola bilməyəcək"

"İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış bizi dərindən sarsıdıb. XXI əsrdə belə bir dəhşətli olayın baş verməsinə yalnız üzülmək olar". Bu fikirləri SİA-ya millət vəkili Adil Əliyev Türkiyədə baş verən terror hadisəsinə münasibət bildirərkən deyib.Millət vəkili qeyd dib ki, qardaş Türkiyəni terror yolu ilə zəiflətmək istəyən qüvvələr heç bir istəklərinə nail ola bilməyəcəklər: "Terrorun nə milləti, nə də vətəni olur. Türkiyə böyük dövlətdir. Ona görə də onun dünyada güclənməsini, yerini və rolunu möhkəmlətməsini istəməyən qüvvələr çoxdur. Bu qüvvələr belə dəhşətli hadisələrlə Türkiyədə vəziyyəti qarışdırmağa çalışırlar. Biz dövlət olaraq, millət olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq".Adil Əliyev terror hadisəsi zamanı həlak olan insanlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.

sia.az

Digər xəbərlər