PDF Oxu

Siyasət

  • 25

Seymur Orucov: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb" AÇIQLAMA

Seymur Orucov: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb" AÇIQLAMA

"Bu gün dünyada baş verən proseslər bir daha onu göstərdi ki, bəzi ölkələrdə multukulturalizm siyasəti, dini dözümsüzlük, tolerantlıq düzgün aparılmır. Yaxın Şərqə nəzər salsaq, bunu aydın şəkildə görmüş olarıq. Bütün bunlardan fərqli olaraq Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunmasına dair fikirlərini səsləndirərkən deyib.Seymur Orucov qeyd edib ki, xarici qüvvələrin Yaxın Şərqə təsiri nəticəsində bu ölkələrdə münaqişələr daha da çoxalır: "Bunun başlıca səbəbi isə daxildəki dini tolerantlığın, multukulturalizmin düzgün təbliğ edilməməsidir. Dünyanın bir sıra qabaqcıl ölkələrində belə bəzən multukulturalizm siyasətinin zəif olduğunu görürük. Bu konteksdə Azərbaycan barmaqla sayılan dövlətlərdən biri kimi öz siyasətini uğurla irəliyə aparır. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış olan, Ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilən bu siyasət Azərbaycanı yeni çağırışların məkanına çevirib. Məhz ona görə də 2016-cı ildə Bakıda mötəbər beynəlxalq tədbir- Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbir olmaqla yanaşı həm də Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Hər zaman müxtəlif dinlərin, millətlərin nümayəndələrinin bir yerdə dostluq şəraitində yaşaya bilməsi təbii ki, Azərbaycan dövlətinin apardığı düzgün siyasətinin bəhrəsidir. Çoxmillətli, çoxkonfessiyalı ölkə olmamız bizim sərvətimizdir. Əhalisinin 90 faizdən çoxu müsəlman olan bir dövlətdə bu cür işlərin tənzimlənməsi böyük cəsarətin göstəricisidir ki, bunun da nümunəsini cənab Preziden İlham Əliyevdə görürük. Prezident dünyaya sübut edir ki, Azərbaycan sabitlik adasıdır. Düşünürəm ki, Azərbaycan bundan sonra da ölkə daxilində bütün məsələlərin sağlam zəmində həll olunmasına çalışacaq, regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoqu daha da dərinləşdirəcək. Azərbaycan dünyada baş verən münaqişlərin, alovların içində bu gün Multukulturalizm ilini həyata keçirir. Bu, Azərbaycanın dünyada nə qədər sabit, nə qədər dinamik inkişaf edən, bütün dəyərlərə, dinlərə hörmətlə yanaşdığını nümayiş etdirir".YAP GB-nin sədri Multukulturalizm ilində YAP gənclərinin həyata keçirəcəyi layihələr barədə də açıqlama verib. S.Orucov bildirib ki, bu ilə uyğun olaraq bir sıra tədbirlər keçirməyi planlaşdırırlar: "Artıq fevral ayından etibarən regionlarda, xüsusilə də dini azlıqların yaşadığı ərazilərdə belə tədbirlərimiz baş tutacaq".İctimai nəzarət mexanizmlərinin işə salınmalı olduğunun vacibliyinə münasibət bildirən Seymur Orucov qeyd edib ki, Azərbaycanda xalqla hakimiyyət birliyi mövcuddur: "Ona görə də istənilən yerdə, istənilən qurumda pozuntulara yol verilirsə, insanlara qarşı laqeyd münasibət göstərilirsə, həmin şəxslər mütləq öz cəzalarını alırlar. Çünki bununla bağlı cənab Prezident dəfələrlə hökumət qarşısında tələb irəli sürüb, insanların həyat şəraitinin yüksəldilməsi istiqamətində Sərəncamlar verib. Düzdür, bəzi məmurlarımız var ki, öz vəzifələrindən sui-istifadə edərək müəyyən mənada özbaşınalıqlara yol verirlər. Bu cür halların qarşısını almaq üçün kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri iradlarını bildirməli, reaksiyalarını göstərməlidirlər. İnsanlar qurumların qaynar xətlərinə zəng vuraraq, Prezident Administrasiyasına şikayət məktublarını ünvanlayaraq fikirlərini bildirməkdən çəkinməməlidirlər. İctimai qınaq olanda, bu kimi məsələlərin öhdəsindən gəlmək asanlaşacaq, o cümlədən də hər bir məmur ictmai qınağı üzərində hiss edəcək. Ölkədə kifayət qədər nəzarət mexanizmlərinin olmasına baxmayaraq, ictmai qınaq hər bir cəmiyyət üçün vacib amildir".

sia.az

Digər xəbərlər