PDF Oxu

Siyasət

  • 26

"Səs" qəzeti çox şərəfli tarixi yol keçib

"Səs" qəzeti çox şərəfli tarixi yol keçib

"Səs" qəzetinin 25 illik yubileyi, mənim üçün də doğma və əzizdir. Çünki ölkəmizin ən ağrılı-acılı günlərində insanların əsl həqiqətləri öyrənməsi üçün, əsl həqiqət carçısı olan bu qəzetin bölgələrimizdə yayılması üçün fəal iş aparırdıq. Yaxşı yadımdadır, 1992-ci ildə, min bir əziyyətə, təzyiqələrə baxmayaraq Heydər Əliyev ideyalarına sadiq olan sədaqətli insanlarla birlikdə "SƏS" qəzetinin Masallı rayonuna aparılması, insanlar arasında yayılması üçün fəaliyyət göstəriridik. Bu gün artıq "Səs" qəzeti Azərbaycan mətbuatında özünün xüsusi yeri, rolu, qarşısına qoyduğu məqsədləri olan mətbuat orqanıdır. "Səs" qəzetinin ən dəyərli tərəfi odur ki, bu mətbuat orqanı ilk gündən öz tutduğu yolu uğurla davam edir. Heydər Əliyev ideyalarına sevgi, sədaqət "SƏS" qəzetini fərqləndirən mühüm cəhətlərdəndir. Düşünürəm ki, bu uğurlu yolu bundan sonra da davam etdirəcək. Çünki qəzetin tutduğu yol həmişə xalqın taleyi, onun gələcəyi, Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı olub. Həm milli, həm siyasi şüurun formalaşmasında "Səs" qəzetinin özünün çox güclü mövqeyi olub. Təbii ki, o mövqeni də Azərbaycanda böyük əksəriyyət dəstəkləyib. Bu nöqteyi-nəzərdən mən "Səs" qəzetini Azərbaycanın bügünkü mətbuatında çox mühüm mətbuat orqanlarından biri hesab edirəm. Düşünürəm ki, bu illər ərzində qəzet çox böyük yol keçib və uğurlar, nailiyyətlər qazanıb. Ümumiyyətlə, "Səs" qəzetinin milli şüurun formalaşmasında, Ümummilli Lider Heydər Əliyev ideyalarının cəmiyyətə çatdırılmasındakı rolu böyükdür. Əvvəl də belə olub, elə indinin özündə də belədir.

Qəzet çox şərəfli bir tarixi yol keçib. Bu yolda qəzet Azərbaycanın müstəqilliyindən başlamış, ölkəmizin sərhədlərində baş verən hadisələr, Azərbaycan ərazilərinin işğal olunması, Yeni Azərbaycan Partiyasının yaranması, Ümummilli Lider Heydər Əliyevə qarşı olan mətbuat blokadasının yarılması, o cümlədən ayrı-ayrı ziyalılara, insanlara ölkəmiz, xalqımız üçün vacib olan mesajların çatdırılmasında meydan verirdi.

Eyni zamanda, "SƏS" qəzeti Azərbaycan mediası ilə birlikdə və eyni zamanda ayrılıqda özünəməxsus inkişaf yolu keçib. Medianın cəmiyyət həyatındakı rolunun artırılması işində Azərbaycan dövlətinin yürütdüyü siyasətin həm təbliğatçısı, həm təşviqatçısı, həm də o siyasətin obyekti olub. "SƏS" qəzeti yarandığı gündən müstəqilliyimizin bərpa olunması, Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, cəmiyyətimizin inkişaf etməsi, ölkənin sosial-iqtisadi inkişafı, dünyada özünə yer tutması istiqamətində aparılan fəaliyyətin bir nömrəli təbliğatçılarındandır: "Hesab edirəm ki, qəzet bu işin öhdəsindən ləyaqətlə, vicdanla, məsuliyyətlə gəlib. Bu gün 25 yaşını "SƏS" böyük nailiyyətlərlə qeyd edir. "SƏS" qəzeti təkcə Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ərəfəsində olan dönəmlərdə fəaliyyəti ilə deyil, həmçinin də Onun hakimiyyətdə olduğu illərin hər gününün, hər anının işıqlandırılması, bu fəaliyyətin salnaməsinin yazılması işinə də öz töhfəsini verib. Bir çoxlarının Heydər Əliyevin adını çəkməkdən qorxduğu, çəkindiyi, hansısa fəaliyyəti özlərinə məqbul hesab etmədiyi dönəmdə yalnız "SƏS" qəzeti heç nədən qorxmayaraq, bütün təhlükələri göz önünə alaraq Heydər Əliyev şəxsiyyəti haqqında yazılarla, məqalələrlə çıxış edib. Yaradıcı bir qurum olaraq sözün, qələmin daim həqiqətə və obyektivliyə xidmət etməsi işində digərlərinə nümunə göstərib.

"Səs" bu gün də tutduğu yolu uğurla davam etdirir. 25 illik təcrübəsinə əsaslanaraq fəaliyyətini müasir dövrün, qabaqcıl dünya mətbuatının tələblərinə uyğun təkmilləşdirən "Səs" respublikada yaranmış söz, mətbuat azadlığından istifadə edərək oxucularını yeni və maraqlı məlumatlarla tanış edir. Qəzetin oxucuları üçün göstərdiyi xidmətlər çoxşaxəli və müxtəlif istiqamətlidir. Bu baxımdan " Səs"i, çalışdığı sahədən, mənsub olduğu vəzifədən asılı olmayaraq, bütün təbəqələri təmsil edən çoxminli oxucuların ən çox müraciət etdiyi və sevilən qəzet adlandırmaq düzgün olar. Bu qəzetdə çalışan insanlar həddindən artıq fədakar, dövlətinə, xalqına bağlı və Liderini sevən insanlardır. Kollektivdə çalışan hər bir "SƏS"çini təbrik edir, onlara hər zaman peşələrində möhkəm olmağı, cəsarətli olmağı azrulayıram.

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Digər xəbərlər