PDF Oxu

Siyasət

  • 31

Aqil Abbas: “Mətbuatın üzərinə böyük məsuliyyət düşür” AÇIQLAMA

Aqil Abbas: “Mətbuatın üzərinə böyük məsuliyyət düşür” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox önəmli idi. Burada dövlət başçısı həm ölkənin problemlərini, həm də qarşıda duran vəzifələri birbaşa olaraq açıqladı. Hətta ölkə rəhbəri süni qiymət artımı ilə bağlı da kəskin göstərişlərini verdi". Bunu SİA-ya millət vəkili Aqil Abbas deyib.Onun sözlərinə görə, ölkə rəhbəri ciddi şəkildə dedi ki, süni qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar: "Hazırda ölkədə süni qiymət artımının qarşısı alınmaqdadır. Hətta bəzi ərzaq məshullarının qiymətləri aşağı düşdü. İndinin özündə də buna qarşı ciddi tədbirlər görülür. Ümumiyyətlə mətbuat bu işdə yardımçı olmalıdır. Mətbuat həm problemləri işıqlandırmalı, həm də özünün həmrəyliyini göstərməlidir. Çünki bu gün hadisələri qızışdıranlar və insanları yoldan çıxarmaq istəyənlər var. Təbii ki, bu işdə mətbuatın üzərinə böyük məsuliyyət düşür".

sia.az

Digər xəbərlər