PDF Oxu

Siyasət

  • 21

Hökumət anti-böhran tədbirləri həyata keçirilir

Hökumət anti-böhran tədbirləri həyata keçirilir

Rauf Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini

Artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Bu illər ərzində dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Əlbəttə, dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə umumidünya böhranı bir qədər də dərinləşmişdir. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Ancaq əvvəlki illərdə olduğu kimi inkişafa nail ola bilməmişdir. Neftin qiyməti son vaxtlar kəskin olaraq 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalivasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan ölkələrdə bir neçə il öncə baş vermiş və indi də davam edir. Bu vəziyyətdən istifadə edən bəzi anti-azərbaycan qüvvələr və onların xaricdəki havadarları Azərbaycanda sabitliyi pozmağa, ixtişaşlar yaradmağa cəhd göstərirlər. Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhranı dünyanın əksəriyyət ölkələrini bürüyüb və azərbaycan höküməti böhranın təsirlərindən dövləti xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi həm siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhtləri əbəsdir.

Azərbaycan höküməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımı tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirmiş və müvafiq qurumlara tapşırıqlar vermişdir. 2016-cı ildə qeyri neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın o cümlədən kənd təsərufatı məhsullarının, və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulmuşdur. Vergi məcəlləsinə edilmiş dəyişiliklər vergi tutma bazasının genişləndirilməsinə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaqdır. Yeni iş yerlərinin yaradılması ilə əlaqədar regionlarda sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulmuşdur. Əhalinin ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilmişdir. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilmişdir.

Göründüyü kimi ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq öz uğurlu inkişaf yolunu davam etdirəcəkdir.

sia.az

Digər xəbərlər