"Cənab Prezidentin də qeyd etdiyi kimi, bu məsələlərin Azərbaycanla bağlılığı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.Partiya sədri bildirib ki, düzdür, ikinci devalvasiya ölkədə süni bahalaşma, işsizlik kimi ciddi problemlər yaradıb: "Bu dünyada siyasi səbəblərlə baş verən böhranla əlaqədardır və Azərbaycanla bağlılığı yoxdur. Neftin qiyməti siyasi məqsədlər güdülməklə süni səbəblərlə aşağı salınır. Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bu problemlərdən kənarda qala bilməz".Onun sözlərinə görə, ölkə başçısı sonuncu müşavirədə bu proseslərin Azərbaycan üçün ağrı-acısını minimuma endirmək üçün adekvat tədbirlər görüləcəyini bəyan etdi: "Hökumət bunun xalqa iqtisadi zərbələrini zəiflətmək üçün işlər görür. Azərbaycan dövlətindən asılı olmayan səbəblərdən yaranmış bu vəziyyətdən sui-istifadə etmək istəyən bəzi müxalifət dairələri öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki onların tutduğun mövqe xalqın maraqlarına uyğun gəlmir. Onlar həmişə olduğu kimi, hər hansı məsələdən siyasi oyun düzəltmək istəyirlər. Müxalifətdə olan iqtisadçılardan, "liderlərdən" biri də demir ki, yaranmış bu vəziyyət Azərbaycanın özü ilə bağlı məsələ deyil. Onlar bundan öncə ölkəmizin inkişaf səviyyəsini, dünyada hesablaşılacaq vacib qüvvəyə çevrilməsini də demirdilər. Bizim radikal müxalifət istər milli, istər digər məsələlərdən şou düzəldərək gündəmdə qalmaq istəyir. Onlar kiçik bir məsələni də şişirdərək öz qara məqsədlərinə nail olmağa çalışırlar. Lakin xalq tərəfindən heç bir dəstəyə malik deyillər. Müxalifət dairələrinin faydalı olacaq normal təklifi yoxdur".
sia.az