PDF Oxu

Siyasət

  • 20

Akif Nağı: “Hər şey Rusiyanın istəyi ilə bağlıdır” AÇIQLAMA

Akif Nağı: “Hər şey Rusiyanın istəyi ilə bağlıdır” AÇIQLAMA

"Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməsini dəfələrlə vurğulasalar da amma Ermənistan yenə də özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, rəsmi İrəvan hərtərəfli qaydada yenilənmiş Madrid prinsipləri ilə oynayır: "Son dövrdə hətta belə bir təkliflər səslənir ki, Rusiya tərəfindən yeni təkliflər var və həmin təkliflər Azərbaycan-Ermənistan tərəfinə təqdim olunub. Hazırda onun ətrafında müzakirələr gedir. Azərbaycan və Ermənistan tərəfi də bunu etiraf edir. Mahiyyət isə ondan ibarətdir ki, yenilənmiş Madrid prinsipləri əsas götürülür. Orada yalnız bir fərq ola bilər ki, bu da Rusiya hərbi kontingenti regiona sülhməramlılarını yerləşdirsin. Amma Ermənistan hər dəfə razılaşmır və bunu pozur. Ümumiyyətlə rəsmi İrəvanın öz mövqeyi yoxdur və Rusiyanın təsiri altındadır. Rusiya Ermənistanın dili ilə danışıqlar prosesini o şəkildə pozur".

sia.az

Digər xəbərlər