PDF Oxu

Siyasət

  • 24

YAP Goranboy rayon təşkilatı 21-ci ildönümünü qeyd etdi

YAP Goranboy rayon təşkilatı 21-ci ildönümünü qeyd etdi

Elçin İsmayılov: "Ulu Öndər Heydər Əliyev və Onun rəhbərlik etdiyi YAP siyasi hakimiyyətə gəldikdən sonra xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu"

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı yaranmasının 21-ci ildönümünü qeyd edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə davam etdirilib. İlk öncə tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin Goranboy rayonuna etdiyi tarixi səfərlərinin vidioçarxı təqdim olunub.

YAP Goranboy rayon təşkilatının sədr Elçin İsmayılov tədbiri giriş sözü ilə açaraq, YAP-ın yaranma tarixindən və onun nailiyyətlərindən danışıb: "Yeni Azərbaycan Partiyası və onun böyük Lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəyədi, biz yəqin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə dinamik inkişaf edən, regionun lider dövlətinə çevrilən müasir Azərbaycandan danışa bilməzdik. Heydər Əliyev ideyalarının daşıyıcısı olan bu partiyanın siyasi səhnəyə vəsiqə alması hələ 1993-cü ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyev və Onun rəhbərlik etdiyi YAP siyasi hakimiyyətə gəldikdən sonra xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu".

Natiq qeyd edib ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP cəmiyyətdəki alternativsiz qüvvə statusunu daha da möhkəmləndirdi: "Bu mənada, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də Cənab İlham Əliyevin yüksək Liderlik keyfiyyətinin ideal təzahürüdür".

Elçin İsmayılov YAP Goranboy rayon təşkilatının əsasının 1994-cü ildən qoyulduğunu xatırladıb: "Ötən dövr ərzində partiyamızın rayon təşkilatı həyatında mühüm rol oynamış rayonun ictimai-siyasi, mədəni həyatında fəal, aparıcı qüvvəyə çevrilmişdir. 1994-cü ildə rayonumuzda YAP-ın ilk özəkləri yaradıldı. 1994-cü ildən formalaşaraq 1995-ci ildə təsis konfransı keçirildi və həyata vəsiqə aldı. Heydər Əliyev ideyalarına sadiq olan insanlar qısa müddət ərzində Yeni Azərbaycan Partiyasının ətrafına toplaşaraq, onun sıralarını daha da genişləndirərək möhkəmləndirdilər. Hazırda YAP Goranboy rayon təşkilatı 90 ilk partiya təşkilatında 6985 nəfər üzvünü birləşdirir ki, bunun da 3841 nəfəri, yəni 54,9 %-ini qadınlar, 2085 nəfəri yəni, 30 %-ini isə gənclər təşkil edir. YAP üzvlərimiz rayonumuzun ictimai - siyasi həyatında fəal iştirak edirlər".

Sonda vurğulanıb ki, partiya üzvlərinin çevik fəaliyyəti sayəsində rayon təşkilatı əsas aparıcı qüvvəyə çevrilib. Belə ki, ötən 21 ildə respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində öz mübarizliyini, təşkilatçılıq məharətini laiqincə nümayiş etdirmiş partiyanın irəli sürdüyü prinsiplərin həyata keçirilməsi naminə bütün imkanlardan bacarıqla istifadə edilib. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında önəmli mövqe tutması ilə seçilir. Özünün aydın proqramı, dövlətçilik və azərbaycançılıq ideyalarına dərin sədaqəti ilə əhalinin böyük əksəriyyətinin sarsılmaz məhəbbətini qazanmışdır: "Yeni Azərbaycan Partiyası Ümumilli Lider Heydər Əliyevin zəngin irsi, geniş fəaliyyəti və böyük nüfuzu ilə xalq hörməti qazanmış partiyadır. Bu gün Möhtərəm Prezidentimiz YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir".

Tədbirdə rayon təşkilatının ilk yaradıcıları Fizuli Almuradov, Kəmalə Axundova və rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov rayon təşkilatının yaranma tarixindən onun keçdiyi çətin və şərəfli yoldan danışaraq, qeyd etdilər ki, YAP müstəqil Azərbaycan dövləti ilə birgə addımlayaraq öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub. Tədbirin yekununda YAP üzvlüyünə qəbul olanlara üzvlük vəsiqələri təqdim edildi.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər