PDF Oxu

Siyasət

  • 13

Asim Mollazadə: "Gərginlik daha da artacaq" AÇIQLAMA

Asim Mollazadə: "Gərginlik daha da artacaq" AÇIQLAMA

"Avropa Birliyi miqrantlarla bağlı vahid siyasət müəyyənləşdirə bilməyib. Bir sıra ölkələrə miqrant axını daha çox olub və bu da müəyyən gərginlik yaradıb". Bu fikirləri SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.O qeyd edib ki, bəzi Avropa ölkələri bu qədər həcmdə məcburi köçkünləri və miqrantları qəbul etmək imkanlarına malik deyil: "Almaniyaya da böyük həcmdə miqrant və məcburi köçkünlər gəldiyinə görə, burada gərginlik həm siyasi, həm də ictimai həyata ciddi mənfi təsirini göstərib. Bundan çıxış yolu isə Avropa Birliyinin bu sahədə vahid siyasətini müəyyənləşdirməsi, müvafiq kvotalarla qaçqınların qəbul edilməsidir".Millət vəkili bildirib ki, Avropaya daxil olan şəxslərin hamısı məcburi köçkünlər deyil: "Miqrantlarla məcburi köçkünlər arasında fərq var. Dünyanın bir sıra ölkələrindən Avropaya gəlib, oradakı sosial vəziyyətdən bəhrələnmək istəyən şəxslər də çoxdur. Ona görə bu sahədə müvafiq siyasət formalaşmayana qədər gərginlik daha da artacaq".

sia.az

Digər xəbərlər