PDF Oxu

Siyasət

  • 11

Ekspert: “Müəssisələrin brendləşməsinə gətirib çıxaracaq” AÇIQLAMA

Ekspert: “Müəssisələrin brendləşməsinə gətirib çıxaracaq” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı qeyd etdi ki, 2016-cı ildə qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas prioriteti olacaq. Prezident iqtisadiyyatın bütün sektorlarına istər yerli, istərsə də xarici investisiyalarının qoyuluşunu artıraraq buna nail olmaq fokusunu müəyyən edib". Bunu SİA-ya iqtisadi ekspert Emin Əliyev deyib.Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan hökumətini daha çox xarici investisiyalara istiqamətlənmək rakursunu önə çəkəcək: "Bu sahədə düşünürəm ki, strateji əhəmiyyət kəsb etməyən dövlət müəssisələrində iştirak payına xarici investorları buraxmaq məqsədəuyğun ola bilər. Bu taktika uğurlu olarsa xarici investorlar minoritar səhmdar olacaqları müəssisələrin kapitalında iştirak etməklə yanaşı ora idarəetmə modellərini, brend adları və xarici bazarlara məhsulların çıxışını təmin etmiş olarlar.Bu modelin gələcəyi ölkənin ixrac potensialının artması, ölkəyə külli miqdarda valyutanın gəlməsi, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin brendləşməsinə gətirib çıxaracaq. Ölkə başçısının 2016-ci il üçün iqtisadi inkişaf seqmentində mesajlarından biri və düşünürəm ən əhəmiyyətlisi məhz budur".

sia.az

Digər xəbərlər