PDF Oxu

Siyasət

  • 30

YAP Tərtər rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub

YAP Tərtər rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı qadınlar şurası geniş tərkibdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə rayon təşkilatı qadınlar şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, YAP üzvü olan fəal qadınlar, orta məktəblərin yuxarı sinif şagirdləri və yerli mətbuat nümayəndələri iştirak edib.

YAP rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova 20 Yanvar faciəsinin 26-cı ildönümnə həsr olunmuş yığıncağı açaraq 20 Yanvar faciəsinin tarixindən, həmin dövrdə Azərbaycan xalqının milli azadlıq ideyaları uğrunda apardığı mübarizədən, o vaxtki sovet rəhbərləri tərəfindən gülləbaran edilərək yüzlərlə insanların qətlə yetirilməsi, yaralanması və itkin düşməsi faktlarını xatırladıb bu tarixi faciədən Azərbaycan xalqının çıxarmalı olduğu nəticələrdən danışıb. O, qeyd edib ki, müstəqillik qazanmış Azərbaycan xalqı öz dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi üçün Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi ideyaların bu gün ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev Cənablarının rəhbərliyi altında uğurla həyata keçirilməsi gələcəyimizin daha da işıqlı olacağından xəbər verir.

Tədbirdə rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon təşkilatı qadınlar şurasının üzvlərindən , rayon icra hakimiyyəti aparatında baş məsləhətçi Svetlana Əzizova, Əfruz Babayeva, rayonun Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, rayon təşkilatı gənclər birliyinin üzvü Səkinə Salmanova, şəhər 5 saylı tam orta məktəbinin müəllimi və başqaları bildiriblər ki, Azərbaycan xalqı işğal altında olan torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək. Çıxışlarda o da vurğulanıb ki, hər bir nailiyyətimiz, hər bir uğurumuz bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qələbəyə daha da yaxınlaşdırır. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa və torpağlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır olmalıdır.

Ü.ƏSGƏROV

Digər xəbərlər