PDF Oxu

Siyasət

  • 26

Musa Quliyev: ""ASAN xidmət"in təcrübəsi yayılmalıdır" AÇIQLAMA

Musa Quliyev: ""ASAN xidmət"in təcrübəsi yayılmalıdır" AÇIQLAMA

"Ümumiyyətlə "ASAN xidmət" bir Azərbaycan brendidir və Azərbaycanda elektron hökumətin ən gözəl uğurlarından biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "ASAN xidmət"in fəaliyyətinin daha da genişləndirilməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, "ASAN xidmət"in yaranmasından çox az müddət keçməsinə baxmayaraq, ictimai, sosial, iqtisadi həyatımızda onun çox mühüm rolunu və yerini görürük: "Xüsusilə vətəndaş-məmur münasibətlərinin hüquqi müstəvidə qurulması, kontaktların azalması, qeyri-rəsmi ödəmələrin sıfıra endirilməsi, vətəndaşların süründürməçilik, bürokratiya kimi əngəllərdən xilas olmasında "ASAN xidmət"in çox böyük rolu var. Ona görə də yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bir daha göstərdi ki, "ASAN xidmət"in şəbəkələri genişləndirilməlidir, Respublikanın müxtəlif yerlərində yeni "ASAN xidmət" mərkəzləri yaradılmalıdır. O cümlədən bir sıra əlavə xidmətlər də "ASAN xidmət" vasitəsilə əhaliyə göstərilməlidir".M.Quliyev əlavə edib ki, son dövrdə isə xüsusilə gömrükdə olan münasibətlərin "ASAN xidmət" vasitəsilə və yaxud da o səviyyədə həyata keçirilməsi, insanların gömrük keçidindən keçərkən ödəyəcəyi rüsumlar, eləcə də başqa hüquqi sənədləşmə işlərinin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi bu sahədəki bütün neqativ halları aradan qaldıracaq: "Beləcə Azərbaycan əhalisinin daha şəffaf şəkildə, hüquqi qaydalar çərçivəsində bu proseslərdən keçməsi təmin ediləcək. "ASAN xidmət"in bu təcrübəsi yayılmalı, genişlənməli və digər sahələrə də şamil olunmalıdır".

sia.az

Digər xəbərlər