"Məqsədimiz biznes mühiti ilə hökumət arasında canlı dialoqun təmin edilməsi, biznesin gözləntilərinin, istəklərinin, rəy və təkliflərinin ölkədə vergi siyasətinin formalaşdırılmasında nəzərə alınmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova deyib.Onun sözlərinə görə, artıq ənənə xarakteri almış bu konfrans sayca 5-cidir: "Amerika Ticarət Palatasının təşkil etdiyi bu konfrans bizneslə hökumət arasında dialoqun qurulmasına xidmət edir. Bizim təşkilat bu işdə körpü yolunu oynayır. Postneft dövrüdür. Biznes mühiti nəzərə alınmaqla hökumətə kömək etmək lazımdır. Ölkə rəhbərliyi tərəfindən islahatların aparılmasına böyük dəstək verilir. Bu konfransda verilən təklifləri, sualları Vergilər Nazirliyinə və ölkə rəhbərliyinə çatdıracağıq. Bir neçə ay öncə ölkədə qeyri-neft ixracının stimullaşdırılmasına dəstək vermək üçün konfrans təşkil edildi. O konfransda da bizneslə məşğul olan qurumlar tərəfindən səsləndirilən təkliflər, narahatçılıqlar da ölkə rəhbərliyinə təqdim ediləcək".
sia.az