PDF Oxu

Siyasət

  • 27

Elçin Mirzəbəyli: "Aqressiv siyasi qrupla dialoq nəticəsizdir" AÇIQLAMA

Elçin Mirzəbəyli: "Aqressiv siyasi qrupla dialoq nəticəsizdir" AÇIQLAMA

"Cənab Prezidentin Nazirlər Kabinetinin sonuncu toplantısında verdiyi göstərişlər, müvafiq qurumlar qarşsında qoyduğu tələblər, imzaladığı Sərəncamlar Azərbaycanın böhran vəziyyətindən çıxması üçün güclü siyasi iradəyə sahib olduğunu göstərdi". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Politoloq bildirib ki, Azərbaycan dünyada yaranmış iqtisadi bohrandan və neftin qiymətinin ucuzlaşmasından doğan çətinliklərdən çıxmağa qadir olduğunu göstərir: "Cənab Prezident tərəfindən aparılan islahatların davamlı olacağı gözlənilir. Dövlət başçısının verdiyi Sərəncamlar mövcud vəziyyətdən çıxmaqla yanaşı yarana biləcək hər hansı kritik gözləntilərə də hazırlıq kimi qiymətləndirilə bilər. Bütün bunlar önləyici tədbirlərdir. Düşünürəm ki, bundan sonra da aparılacaq iqtisadi islahatlar Azərbaycanda qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq və ölkənin iqtisadi inkişafı təmin ediləcək".Onun sözlərinə görə, bölgələrdə aksiyaların keçirilməsinə cəhd göstərən qüvvələr Azərbaycanın radikal müxalifət düşərgəsini təmsil edirlər: "Həmin qüvvələr təkcə hazırki mövcud çətin vəziyyətdə deyil hətta ölkənin uğurlu günlərində də dövlət mənafeyinə zidd fəaliyyət göstəriblər. Azərbaycan cəmiyyəti bu qüvvələrin istənilən an dövlətin milli maraq və mənafelərinə zərbə vurmağa hazır olduğunu bilərək onların atdığı son addımlara dəstək vermir".Partiya funksioneri qeyd edib ki, iqtidar dialoqa açıq olan, ölkədəki bu və ya digər vəziyyətin normallaşdırılmasında konstruktiv mövqedən çıxış edən siyasi partiyalarla dialoqa hazır olduğunu nümayiş etdirir: "Milli Məclisdə ölkənin ayrı-ayrı siyasi partiyalarını təmsil edən millət vəkillərinin dialoqu baş tutur. Dövlətin milli maraq və mənafelərinin ziddinə fəaliyyət göstərən, dini-ekstremist qüvvələrlə əməkdaşlığı özünə borc bilən insanlarla hər hansı məsələni müzakirə etmək mümkün deyil. Aqressiya nümayiş etdirən siyasi qrupla dialoq nəticəsiz olacaq".

sia.az

Digər xəbərlər