PDF Oxu

Siyasət

  • 27

"20 Yanvar faciəsi xalqımızın Qan Yaddaşıdır!"

"20 Yanvar faciəsi xalqımızın Qan Yaddaşıdır!"

Bu mövzuda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib

Dünən YAP Astara rayon təşkilatı 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar "20 Yanvar faciəsi Xalqımızın Qan Yaddaşıdır!" mövzusunda tədbir keçirilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, partiya fəallarının iştirak etdiyi tədbiri rayon təşkilatının sədri Firudin Əhmədov tədbiri açaraq 20 Yanvar faciəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 26 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır: "Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığının, müstəqilliyinin qorunmasına qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı hadisələr törədilən vaxt iqtidarda olan qüvvələr qaçıb gizləndikləri halda, Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz və böyük vətəndaş çağırışı idi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidlikləri ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar".

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, rayon mərkəzi kitabxanasının müdiri Tural Eyvazov, Şüvi İ.Ə.D üzrə nümayəndəsi Əbülfət Qüdrətov, rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev, rayon mərkəzi kitabxanasında informasiya texnologiyası üzrə mütəxəssisi Xəyalə Rəsulova və başqaları çıxış edərək, bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirirlər.

A.SƏMƏDOVA

Digər xəbərlər