Ağsu rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin və uşaq gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilir.AZƏRTAC xəbər verir ki, yanvarın 18-dən start götürən və iki gün davam edəcək yarışlar 10 yaşa qədər və 10 yaşdan yuxarı olmaqla 2 yaş qrupunu əhatə edir.Dairəvi sistem üzrə keçirilən yarışlarda 47 nəfər iştirak edir. Hər yaş qrupu üzrə I, II və III yerləri tutacaq məktəbli şahmatçılar mükafatlandırılacaq.
AZƏRTAC