PDF Oxu

Siyasət

  • 31

Rövşən Rzayev: “Fransanın addımı beynəlxalq hüquqa ləkə gətirir” AÇIQLAMA

Rövşən Rzayev: “Fransanın addımı beynəlxalq hüquqa ləkə gətirir” AÇIQLAMA

"Fransanın ayrı-ayrı şəhərlərinin Dağlıq Qarabağla dostluq məsələsi Parisdə olan erməni lobbisinin təkidi nəticəsində həyata keçirilib. Bu, həqiqətən də belədir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, Fransa hökuməti artıq bunların qarşısını almaqdan ötrü yerli şəhər rəhbərliyinin beynəlxalq hüquq çərivəsindən kənarda olduğunu səsləndirib: "Hesab edirəm ki, bunlar hamısı provokativ məsələlərdir. Təbii ki, onların heç bir perspektivi də yoxdur. Bu gün Azərbaycanın Fransa ilə parlamentlərarası, hökumətlərarası münasibəti yüksələn xətlə inkişaf edir. Düşünürəm ki, Fransanın ayrı-ayrı şəhərlərinin atdığı bu addım ölkəmiz üçün o qədər də problemli deyil. Amma ümumilikdə bütün bunlar beynəlxalq hüquqa zərər, ləkə gətirən hərəkətlərdir. Onları də heç şübhəsiz ki, provokativ düşüncəyə malik olan Ermənistan təxribatçıları həyata keçirə bilirlər".

siaşaz

Digər xəbərlər