Xalq öz Prezidentinə arxalandığı kimi, Prezident də öz xalqına güvənir
Bildiyimiz kimi, dünya bazarında neftin qiymətinin ucuzlaşması prosesi demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Təbii ki, bu cür beynəlxalq miqyaslı qlobal proseslər Azərbaycana da təsir edir. Belə ki, bütün məqamlarda Azərbaycan dünya birliyinin tərkib hissəsi olmaqla yanaşı, həm də beynəlxalq iqtisadi faktorda da öz sözünü deyə bilmiş bir ölkədir. Məhz bu amilə diqqət yetirsək, bəzi maraqlı dairələrin və qrupların bundan öz siyasi mənfəətləri üçün istifadə etmələri yersiz, eləcə də anormallıq təsiri bağışlayır. Daha dəqiq desək, dünyanı bürüyən neft qiyməti böhranı aparıcı Qərb dövlətlərinin, böyük ərəb bilriyinə məxsus neft ölkələrinin iqtisadiyyatına zərər vurur və həmin ölkələr sözügedən prosesi təbii olaraq qiymətləndirir.
Azərbaycan dövləti və xalqı öz gücünü, qüdrətini saxlamaq əzmindədir və bu məsələdən də qalibiyyət fonunda çıxacağına əmindir!
Uzun illər, xüsusilə, bu illər ərzində Azərbaycanın yürütdüyü müstəqil və qətiyyətli syasət tandemi ölkəmizdə siyasi-iqtisadi maraqları olan qrupları hər zaman narahat etsə də, onlar heç cür öz istəklərini reallaşdıra bilməyiblər. Bu səbəbdən, indi də neftin qiyməti amilindən sui-istifadə edərək, mqsədlərinə "xalq üsyanı", yaxud da "kütləvi etirazlar" vasitəsilə çatacaqlarını xəyal edirlər. Halbuki Azərbaycan dövləti və xalqı bu gün də öz gücünü, qüdrətini saxlamaq əzmindədir və bu məsələdən də qalibiyyət fonunda çıxacağına əmindir.
Bu gün ölkəmizdə formalaşan xalq-iqtidar birliyi də belə qənaətə gəlməyə əsas yaradır ki, mövcud vəziyyətdən yararlanmağa çalışan, radikal maxalifətçi qismində "beşinci kolon" rolunu oynayan bir neçə yüz nəfərlik qaragüruhçu toplum heç nəyə mail ola bilməyəcək. Azərbaycan xalqı yalnız öz dövlət rəhbərinə - Prezident İlham Əliyev Cənablarına inanır, Onun siyasətini dəstəkləyir, bu kimi məsələlərdə Onun öz xalqına arxalandığı kimi, xalq da məhz Ona güvəndiyini bəyan edir. Artıq bu, bir danılmaz aksiomadır.
"Beşinci kolon", marionet və dövlət maraqlarını satan xəyanətkarlar toplumu həmin məsələlərdə də "önə çıxır"
Yeri gəlmişkən, ötən ilin noyabrında baş verən Nardaran hadisələri və ondan öncə də baş vermiş bir sıra siyasiləşmiş teatr tamaşaları arxasından xarici təsir dairələrinin çıxması əbəs deyildir. "Beşinci kolon", marionet və dövlət maraqlarını satan xəyanətkarlar toplumu həmin məsələlərdə də "önə çıxır", xalqı itaətsizliyə, dövlətə qarşı çıxmağa səsləyirdilər. Amma bütün bunların nəticəsi necə oldu? Əlbəttə ki, iflas və rüsvayçı sonluq. Çünki xalq faktoru bu cür cılız, Vətən, millət adından boşboğazlıq edib erməni dəyirmanına su tökən qara xislətli satnıqları yaxşı tanıyır.
Ona görə də "beşinci kolon" rəhbərlərinin pərakəndə və dağınıq şəkildə regionlarda haray-şivən qaldırmalarından başqa çarələri qalmır. Əgər bunu da etməsələr, xarici erməni havadarları onların növbəti qrant paylarını kəsəcəklər.
Daha çox qrant almaqdan ötrü sözləri çəp gələnlər - xalq bu cür müxalifətə "yox!" deyir və belə iyrənc siyasəti lənətləyir!
Yeri gəlmişkən, bu günlərdə "Milli Şura" deyilən ölü bir qurum, hətta daha çox qrant almaqdan ötrü toplantı keçirib və orada da sözlər çəp gəlib. Məsələn, AXCP sədri Əli Kərimli ilə hüquq müdafiəçisi Qurban Məmmədov arasında yaşanan qalmaqalda haçalanan fikirlər nəticəsiz qalıb. Bir tərəf "xalq etirazının" paytaxta, digər tərəf isə bu "etirazların" regionlarda baş qaldırmasını iddia ediblər. Məhz bu kiçik və ürəkbulandırıcı fakf da belə deməyə zəmin yaradır ki, onlarnı məqsədləri dövlətçilik prizmasına deyil, anti-dövlətçilik prizmasına söykənir. Yəni onlar bu suala cavab tapa bilməyiblər: "xalq etirazları" paytaxtda keçirilsə, erməni lobbisindən daha çox pul qoparacaqlar, yoxsa regionlarda..? Məsələ də budur ki, bu gün özlərini müxalifət partiya və qurumları kimi təqdim edən qaragüruhçuları heç də devolvasiya mühiti, neftin qiymətinin dünya bazarında düşməsi maraqlandırmır. Onları maraqlandıran amil yalnız dollardır. Çünki bu arada dolların qiyməti yüksəlib və nə qədər çox qazanc əldə etsələr, bir o qədər də varlanacaqlar. Budur, Azərbaycan "müxalifəti"... Xalq bu cür müxalifətə "yox!" deyir və belə iyrənc siyasəti lənətləyir!
Satqın və xəyanətkar müxalifət ünsürlərindən fərqlənməyən bəzi işbazlar da dövlətin sərt üzü ilə üzləşməli olublar
Prezident İlham Əliyev keçirdiyi son müşavirələrində, artıq, real islahatçı addımların atıldığını bəyan edir və vurğulayır ki, Azərbaycan dövlətinin əsas məqsədi xalqın rifah halının yaxşılaşdırılmasını təmin etmək, bu istiqamətdə xalqın maraqlarını müdafiə edən addımlar atmaqdadır.
Bütün bunlar öncədən görülmüş zəruri tədbirlərin məntiqi nəticəsidir
Bu gün un və un məhsullarının ən ucuz qiymətə satışına görə, Azərbaycan ucuzlaşdırılmış regionda və digər xarici ölkələr sırasında liderlik edir. Təbii ki, müqəddəs çörəyin hazırkı zamanda xalqa ucuz satışı, digər gündəlik qida tələbatı məhsullarının qiymətlərinin ucuzlaşdırılması və xalqın bu amilə yüksək qiymət verməsi də ölkəmizin dayanıqlı iqtisadiyyata malik olmasını sübut edir. Təbii ki, bütün bunlar öncədən görülmüş zəruri tədbirlərin məntiqi nəticəsidir. Söz yox ki, Azərbaycan iqtidarı bundan sonra da məhz xalqın maraqlarını təmin edəcək qətiyyətli addımlar atmaqla, ölkəmizə qarşı çıxmağa maraqlı olan istənilən xarici təsir dairələrinin ağzını yumacaq. Kimsənin buna şübhəsi olmamalıdır!
Rövşən NURƏDDİNOĞLU