"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi təkliflərin əsas məqsədi vətəndaşların rifah halının yüksəldilməsidir. Dövlət başçısı hər iki müşavirədə 25 dən çox önəmli təkliflər irəli sürdü ki, bu təkliflərin eyni zamanda müvafiq qərar və sərəncamlarla təsdiqinin də şahidi olduq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Politoloq bildirib ki, keçirilən müşavirədə dünya bazarında neftin qiymətinin düşməsi fonunda Azərbaycanda sosial problemlərin həlli isitiqamətində atılacaq addımlar və milli valyutamız olan manatın möhkəmləndirilməsi əsas müzakirə obyekti idi: "Bu gün artıq bu istiqamətdə müsbət addımların atıldığının şahidi oluruq. Milli valyutamızın dirçəlməsi iqtisadiyyatımızın inkişafı deməkdir. Bundan başqa əsas mühüm istiqamətlərdən biri də struktur islahatları və inhisarçılığın tam aradan qaldırılmasıdır. Yəni idxal-ixrac əməliyyatlarında şəffaflıq tam təmin olunmalıdır. Təbii ki, bu məsələlərin həlli məmurlar və iş adamlarından başqa bu işləri tənzimləyən qurumlardan da asılıdır. Məhz bu qurumlarda müvafiq struktur dəyişiklikləri aparmaq vacibdir. Bunun üçün inzibati tədbirlərlə yanaşı, maliyyə sektoru da tənzimlənməlidir. Bank sektoruna inamı artırmaq, vətəndaşların əmanətlərini qorumaq gərəkdir. Vacib məsələlərdən biri iş yerlərinin açılması, kəndli-fermer təsərrüfatlarının inkişafı üçün şərait yaradılmasıdır. O cümlədən də xarici investorlar üçün şəffaflığı təmin etmək, artıq strukturlardan birdəfəlik imtina etmək gərəkdir".Arzu Nağıyev həmçinin onu da əlavə edib ki, bu və ya digər məsələlərdə siyasi qurumlar da öz köməklərini göstərməlidirlər: "Yəni ölkədə müəyyən dərəcədə böhran yaşanırsa, bunun həllində hamılıqla iştirak etmək mütləqdir. Düşünürəm ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən atılan bütün addımlar təqdirəlayiqdir".
sia.az