PDF Oxu

Siyasət

  • 16

Aparat rəhbəri: “Azərbaycanın nüfuzdan salınması yolverilməzdir” AÇIQLAMA

Aparat rəhbəri: “Azərbaycanın nüfuzdan salınması yolverilməzdir” AÇIQLAMA

"Ümumiyyətlə həm Gürcüstanda, həm də Ermənistanda hakimiyyətə müxalif olan qurumlar ölkə sərhədlərini aşdıqda artıq vahid qüvvə kimi çıxış edirlər. Onlar ölkənin iç problemlərinin beynəlxalq qurumlara yayılmasını və bundan təzyiq kimi dövlətə qarşı istifadə olunmasına yol vermirlər. Amma çox təəssüf ki, Azərbaycanda bir çox hallarda bu prinsiplər arxa plana keçirilir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli qondarma hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan vətəndaşlıqdan imtina edərək Norveçdə gizlənməsinə münasibət bildirərək deyib.Onun sözlərinə görə, məhz bu amillər üzündən də beynəlxalq qurumlarda Azərbaycana qarşı münasibət mənfi olaraq formalaşır: "Dünya dövlətləri heç vaxt şikayətləri sevmirlər. Əslində bunu danışıqlarda büruzə verməsələr belə, daimi olaraq bu cür məsələlərə çox tənqidi yanaşırlar. İndiki məqamda da əgər kimsə Azərbaycan vətəndaşlığından imtina edib xaricdə yaşamağa cəhd göstərirsə bu onun şəxsi seçimidir. Biz buna qadağa qoya bilmərik. Amma belə olan halda beynəlxalq aləmdə Azərbaycanın nüfuzun salınmasına yönəlik hərəkətləri isə yolverilməzdir. Hər bir tənqidin ciddi əsasları olmalıdır. Bu tənqid özü ədalətə söykənməlidir. Əks halda bu cür insanlar təbii ki, həm Azərbaycan, həm də dünya ictimaiyyəti tərəfindən qeyri-ciddi qarşılanır".

sia.az

Digər xəbərlər