PDF Oxu

Siyasət

  • 17

Elman Məmmədov: “ABŞ-ın fəallığını alqışlayıram” AÇIQLAMA

Elman Məmmədov: “ABŞ-ın fəallığını alqışlayıram” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ən çox maneəçilik törədən səbəblərdən biri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin regionda, ümumiyyətlə dünya miqyasında, Cənubi Qafqazda olan maraqlarının bir-biri ilə toqquşmasıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, məhz bu səbəbdən də həmsədr dövlətlərin üçündən hər hansı biri təşəbbüsü ələ alıb fəallıq göstərmək istəyirsə digərləri buna mane olurlar: "Çünki burada onların ümummilli mənafelərinin, maraqlarının toqquşması prinsipi dayanır. Bu gün dünyada gedən proseslərdə, dünyanın siyasi xəritəsinin yenidən düzəllənməsində ABŞ, Avropa ilə Rusiyanın maraqları hamıya məllumdur. Onların arasında bu istiqamətdə olan ziddiyyətlər hər kəsə aydındır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən 300 ildən çox müddətdə Cənubi Qafqaz çar Rusiyasının, Sovet İttifaqının bu gün isə Rusiya Federasiyasının maraq, nəzarət dairəsində olub. Rusiyanın bütün təsir imkanları bu problemin həllinə, regiona Amerika, Fransa, Qərbdən daha çoxdur. Bu reallıqdır və bununla hesablaşmamaq olmaz. Çünki bu mənfur milləti, etnosu tarixən dünyanın müxtəlif yerlərindən köçürüb regionda məskunlaşdıran, Azərbaycan torpaqlarında onlara dövlət quran, müdafiə edən çar Rusiyası, Sovet hökuməti olub, bu gün isə Ruisya Federasiyasıdır. Bu, danılmaz faktdır".O əlavə edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində kimin rolunun çox olduğu da məlum məsələdir: "Bu gün Rusiya Ermənistanın bütün hava məkanını, sərhədlərini, təhlükəsizliyini qoruyur. ABŞ-ın son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları, fəallığı alqışlayıram. Onlar çalışırlar ki, hansısa müsbət hala nail olsunlar. Bəs gəlin görək Rusiya imkan verəcəkmi ABŞ bu problemin həllində nəysə istədiyini etsin?".

sia.az

Digər xəbərlər