PDF Oxu

Siyasət

  • 26

Yolunu azanlardan və üzüdönüklərdən adam olmaz

Yolunu azanlardan və üzüdönüklərdən adam olmaz

KÖŞƏ YAZISI

Düzü, bu gün başı siyasətdən çıxan da, çıxmayan da deyir ki, mən siyasətdəyəm. Qəribəsi də odur ki, bu siyasət amili necə olan şeydirsə, ona qoşulan bəzi adamlar az müddət sonra əvvəlki həyat tərzindən fərqli yaşam tərzinə malik olurlar. Hətta belələrinin danışıqları, hərəkətləri, verdiyi açıqlamaları da onları tanıyan insanlarda çox təəccüblü fikirlər yaradırdı. Radikal müxalifət təmsilçilərinin simalarına, onların davranışlarına diqqət yetirilsə, qeyd etdiyim fikirlərin əsaslı olduğunu görmək olar. Vaxtilə Eldar Namazov, Rafiq Əliyev, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli və digərləri insanlarda normal məxluq təsəvvürü yaradırdılar. Yəni onlar düz yolda oolduqları zaman tamamilə fərqli idilər və danışıqları da anlaşılan idi. Ancaq radikal siyasətə qoşulub təsir altına düşəndən sonra, başladılar hətərən-pətərən hərəkətlər etməyə. Xarici qüvvələr, ayrı-ayrı fondlar və Qərb təşkilatları bunları necə qızışdırdısa dönüb oldular radikal müxalifətin şirpələngləri. Hansı ki, düz yolda olduqları zaman elə həmin bu əyri yollu müxalifət bunların az qala hər yerinə söyürdülər.

Götürək daha birini - Rüstəm İbrahimbəyovu. Məsələn, Eldar Namazov kinorejissoru özünə tay etmək üçün "Milli Şura" adlanan qurumun yaradılması ilə bağlı işbirliyi təşkil etdi. Daha doğrusu, Rusiyanın müəyyən maraqlı dairələrinin maddi-mənəvi dəstəyi ilə Namazovla İbrahimbəyov "Milli Şura" ideyasını reallaşdıra bildilər. Amma onların bu qurumda fəaliyyətləri çox qısa oldu, çünki qeyri-ciddi danışıqları, səhv siyasətləri ilə öz həyatlarını qaranlıq məcraya yönəltdilər. Az sonra qurumun yradılması prosesində iştirak edən altı nəfər təşkilatçıdan dördü, o cümlədən, Eldar Namazov və Rüstəm İbrahimbəyov "Milli Şura"dan istefa verdiklərini bəyan etdilər. Bayaq da qeyd etdiyimiz kimi, siyasətə qoşulmaqla yollarını azanlar sırasında vaxtilə vəzifədə olub, lakin bəd əməllərinə görə oradan uzaqlaşdırılan şəxslər də mövcuddur. Məsələn, götürək keçmiş səhiyyə naziri Əli İnsanovu. Onun son vaxtlar səsləndirdiyi fikirlər və bəyanatlarda bildirlir ki, tərəfdarları mütləq müxalifətə qoşulmalıdırlar və s. Onun hansı müxalifətə qoşulmaq işarəsi verdiyi məlum olmadığı kimi, hansı tərəfdarlarından danışdığı da şübhəli və gülməli görünür. Ən azı ona görə ki, İnsanovun tərəfdarları, ümumiyyətlə, mövcud deyil. Vəzifədə olduğu zaman qohum-əqrəbasından ibarət ona dəstək verənlər olubsa da, onlar artıq ondan üz döndəriblər. Çünki cəmiyyətin bu adama olan mənfi münasibətinin onlardan da yan keçməyəcəyini başa düşdüklərindən, ictimai rəyin mövqeyindən çıxış etdiklərini bəyan etmək məcburiyyətində qalıblar.

Beləliklə, dediyim budur ki, bu adamlar, əslində, nə edəcəklərini belə bilmirlər. Çünki yollarını azıblar. Əgər düz yollarında qalıb, əyri yola getməsəydilər, çox yəqin ki, cəmiyyətə yararlı işlərlə məşğul olardılar. Amma nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünki hər kəsə çox gözəl bəllidir ki, yollarını azanlardan, üzüdönüklərdən fərli adam olmaz...

RƏFİQƏ

Digər xəbərlər