PDF Oxu

Siyasət

  • 20

YAP Laçın rayon təşkilatının gənclər birliyi Taxta-Körpü Laçın köçkün qəsəbəsində tədbir keçirib

YAP Laçın rayon təşkilatının gənclər birliyi Taxta-Körpü Laçın köçkün qəsəbəsində tədbir keçirib

Yeni Azərbaycan Partiyasının 16 yanvar 2016-cı il tarixli ümumrespublika müşavirəsindən irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı gənclər birliyinin tədbiri keçirilib. Rayon təşkilatının gənclər birliyinin sədri Vüsal Həsənov məruzə ilə çıxış edərək bildirib ki, YAP biz gənclər üçün bir məktəb, kadr hazırlığı üçün bir bazadır: "Bu gün Azərbaycan gəncliyinin ən sağlam qüvvələri Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişdir. YAP-ın üzvü olan gənclərimiz dövlətimizin, rayonumuzun çiçəklənməsi üçün öz qüvvə və bacarıqlarını əsirgəmirlər. Artıq gənclərimiz rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir. Gənclərə inam və etimad göstərilməsi onların məsuliyyətini daha da artırır. Onları cəmiyyətin siyasi və iqtisadi həyatında daha fəal olmağa səsləyir. O cümlədən YAP Laçın rayon təşkilatı gənclər birliyinin üzvləri partiyanın qurucusu və banisi Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkəmizin Prezidenti və partiyamızın Sədri Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət-gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər".

V.Həsənov onu da vurğulayıb ki, rayon təşkilatı gənclər birliyi yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, onlarda vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və s. hissləri aşılamaq, intellektual səviyyələrinin yüksəldilməsi və istedadların üzə çıxarılması məqsədi ilə hər il tədbirlər planı işlənib hazırlanmış və bu tədbirləri həyata keçirilmişdir.

Tədbirdə çıxış edən gənc partiya fəalları Nuranə Alışanova, Şəbnəm Uğurlu, Elməddin Əkbərli, Bəhruz Əhmədov, Taryel Qoşnalıyev və başqaları çıxış edərək bildirdilər ki, son zamanlarda dünyada baş verən siyasi və iqtisadi hadisələrdən hər birimiz xəbərdarıq. Neftin qiymətinin kəskin şəkildə düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam etməkdədir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyü, bunun isə gəlirlərin azalmasına təsir etdiyi və davamında manatın devalvasiyasının baş verməsi bir sıra problemləri meydana çıxarsa da, bu problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən bir sıra uğurlu addımlar atılmaqdadır. Ölkədə baş vermiş devalvasiya dövründə bəzi işbazlar fürsətdən istifadə edərək, süni qiymət artımı ilə əhali arasında çaşqınlıq yaratmaq istəyirdilər. Lakin ölkə başçısı vaxtında və düzgün qərar verərək bildirdi ki, xalq arasında çaşqınlıq yaratmaq olmaz və cür bu addım atan adamlar öz layiqli cəzalarını alaçaqlar. Eyni zamanda, Cənab Prezidentin bu çətin vəziyyətdə pensiya və əməkhaqqlarının artırılması haqqında imzaladığı Sərəncam tədqirəlayiq bir haldır. Biz yaxşı dərk edirik ki, bu çətin vəziyyətdə dövlət siyasətinin və partiya ideyalarının həyata keçirilməsində biz gənclərin üzərinə düşən ən böyük missiya dövlətimizin qüdrətlənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin çiçəklənməsi işində möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

R.HÜSEYNOVA

Digər xəbərlər