PDF Oxu

Siyasət

  • 17

Politoloq: “Müxalifətçilər bir-birlərini satqınlıqla ittiham edir” AÇIQLAMA

Politoloq: “Müxalifətçilər bir-birlərini satqınlıqla ittiham edir” AÇIQLAMA

"Müxalifətin radikal qanadı hər zaman öz aralarında bir-birlərini satqınlıqla ittiham edirlər. Ancaq məsələ tam məcrada davam edir, yeni işin əsl səbəb kimin satqın olmasında deyil, əsas məsələ xaricdən ayrılacaq maliyyəni təkbaşına mənimsəmək və özünü "ana müxalifət" olaraq göstərməkdir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.Onun sözlərinə görə, özünü siyasi müxalifət adlandıran bəzi partiyalar xarici himayədarları qarşısında özlərini "sübut" etmək üçün vaxtı ilə birgə siyasi mübarizə aparan partiyalara və şəxslərə "satqın damğası" vuraraq qrant oyunundan kənarda saxlayırlar: "Məqsəd isə xaricdən ayrılacaq maliyyəni təkbaşına mənimsəməkdir. Əli Kərimlinin özünə yaxınlığı ilə seçilən medialarda vaxtı ilə müttəfiq olmuş həmfikirlərini satqın adlandırması belə deməyimizə əsas verir. Əminliklə demək mümkündür ki, bir müddət sonra "Milli Şura" üzvləri də bir-birlərini satqınlıqda, dövlətlə əməkdaşlıq etməkdə ittiham edəcəklər. Maraqlı məqam həm də burasındadır ki, onlarla birlikdə xarici xidmət orqanlarına, səfirliklərə və lobbilərə xidmət etməyən siyasi partiyaları dövlətlə əməkdaşlıq etməkdə ittiham edirlər. Yəni bəyan edirlər ki, əgər dövlətinə, xalqına, vətəninə xəyanət etmirsənsə deməli sən "satqınsan".

sia.az

Digər xəbərlər