PDF Oxu

Siyasət

  • 30

Deputat: “Təcavüzkarın törətdiyi cinayətlərə qiymət verilmir” AÇIQLAMA

Deputat: “Təcavüzkarın törətdiyi cinayətlərə qiymət verilmir” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir fəallıq görmürük". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu hazırda daha çox öz fəaliyyətini göstərir, nəinki nəticəyə yönəlmiş işlər görür: "Əsas problem isə ondan ibarətdir ki, Minsk qrupu öz fəaliyyətində ATƏT-in, BMT-nin təməl prinsiplərini, sənədlərini unudub, eləcə də təcavüzkarın törətdiyi cinayətlərə qiymət vermir. Məhz buna görə də münaqişənin həllində irəliləyiş yoxdur. Ukrayna-Rusiya problemi ilə bağlı rəsmi Moskvaya müvafiq sanksiyalar tətbiq olunub və qərarlar verilib. Eyni hadisə, kobud surətdə işğal faktı göz önündədir. Lakin təəssüf ki, bu istiqamətdə heç bir addım atılmayıb".

sia.az

Digər xəbərlər