"Cənab Prezidentimiz İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdalıq baxımından böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, hər şeydən əvvəl, cənab Prezidentin Davos Dünya İqtisadi Forumunun rəsmi saytında "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsinin dərc edilməsi ölkəmizin iqtisadiyyatının bu günkü vəziyyətini, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu dərk etmək və xarici sərmayədarları cəlb etmək baxımından əhəmiyyətlidir: "Forumun "Yeni enerji tarazlığı" sessiyasında cənab Prezidentin etdiyi çıxış dünyanın iqtisadi inkişafının proqnozlaşdırılması və yaranmış böhrandan çıxış yollarını göstərmək baxımından faydalı idi. Hesab edirəm ki, bu Forumdan sonra Azərbaycana olan maraq daha da artacaq və əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalacaq".Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gedib.
sia.az