PDF Oxu

Siyasət

  • 19

Macarıstan səfirliyinin viza mərkəzinin açılışı keçirilir

Macarıstan səfirliyinin viza mərkəzinin açılışı keçirilir

Yeni Azərbaycan Partiyasının üzvləri Hülya Məmmədli, Güllü Eldarzadə və Əvəzağa Məlikov 17-21 yanvar tarixlərində Almaniyanın Konrad Adenauer Fondunun Gürcüstanın paytaxtı Tbilisidə təşkil etdiyi gənc siyasətçilər üçün "Qış məktəbi"ndə iştirak ediblər.

Cənubi Qafqaz respublikalarından bir sıra iqtidar və müxalifət partiyalarının təmsil olunduğu layihə çərçivəsində YAP gəncləri siyasi partiyalar, təbliğat kampaniyaları, partiya-dövlət və partiya-cəmiyyət mövzularında keçirilən treninqlərdə fəal iştirak edərək, fərdi və qrup tapşırıqlarını uğurla yerinə yetiriblər.

Təlim günlərində YAP gəncləri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Təlimin sonuncu günündə iştirakçılar "Qış məktəbi"ni uğurla başa vurmaları ilə əlaqədar olaraq sertifikatlarla təltif ediliblər.

sia.az

Digər xəbərlər