"Bu gün ABŞ-Rusiya arasında mürəkkəb və çox geniş tərkibli proseslər davam edir. Rəsmi Vaşinqton bir tərəfdən Rusiyaya qarşı təzyiqləri artırmaq istəyir, digər tərəfdən də Rusiyanın Ukraynada, Suriyada hərəkətlərini məhdudlaşdırmağa çalışır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, ABŞ Rusiya ilə istənilən halda əməkdaşlıq etmək məcburiyyətindədir: "Ona görə də müəyyən dövrdə ABŞ gah yumşalma, gah da sərtləşdirmə mövqeyini tutmaqla rəsmi Moskvanı müəyyən bir xəttə, çərçivəyə salmağa çalışır. İnanmıram ki, iki dövlət arasında münasibətlər normallaşsın. Amma hələlik müəyyən yumşalma meylləri var. Çünki rəsmi Moskvanın ağır vəziyyətə salınması, Rusiyanın daxilində gərginliyin artması Amerikanın da maraqlarına cavab vermir. Məhz bu mənada olar bilər ki, müəyyən mənada sanksiyalar yumşaldılsın amma münasibətlər yenə də gərgin vəziyyətdə qalsın".
sia.az