PDF Oxu

Siyasət

  • 33

Millət vəkili: “AŞPA ədalətli qərar versə, imicini yüksəldəcək”

Millət vəkili: “AŞPA ədalətli qərar versə, imicini yüksəldəcək”

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycanla bağlı "Dağlıq Qarabağ və Sərsəng su anbarı" və "Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir" adlı iki məruzə ətrafında müzakirə aparılacağı və qərar qəbul ediləcəyi beynəlxalq hüququn ədalət prinsiplərindən irəli gələn hadisədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.O qeyd edib ki, bu məsələlərin AŞPA-da müzakirəsi, ədalətli qərar çıxarılması həmin təşkilatın imicini daha da yüksəldər, nüfuzunu artırar, obyektiv və ədalətli qurum olduğunu göstərər: "Son illərdə beynəlxalq təşkilatların heç də hər zaman ədaləti müdafiə etmədiklərini, çox hallarda ikili standartlar tətbiq etdiklərini hər kəs bilir. Buna görə onlar özləri haqqında mənfi imic formalaşdırıblar. Uzun illərdir 20 faiz torpağımız işğal altındadır, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Beynəlxalq təşkilatlatda Ermənistanın işğalçı, təcavüzkar kimi qeyd olunmasına baxmayaraq, hələ onlara yerlərini göstərib, işğal etdikləri ərazilərdən çıxmalı olduqlarını deməyiblər. Bugünkü məsələlərin müzakirəsi isə əslində onların vəzifəsi, borcudur. Bu müzakiərlər AŞPA-nın nüfuzu baxımından da önəmlidir. AŞPA ədalətli qərar verməklə Azərbaycan ictimaiyyətində özünə qarşı inam yarada bilər. Çünki ictimaiyyətimizin beynəlxalq təşkilatlara ümidi qalmayıb. Beynəlxalq təşkilatlarda ikili standartları, ədalətsizliyi görəndən sonra yalnız öz dövlətimizə inanırıq".Millət vəkili bildirib ki, müzakirələrdə müsbət qərarların qəbul olunması gözləniləndir: "Ümid edirəm ki, qərarlar imitasiya xarakterli yox, həqiqi və ədalətli olacaq. AŞPA özünə inamı bərpa etmək istəyirsə, düzgün qərarlar qəbul edəcək. Ümumilikdə bu problemlərin müzakirəsini yüksək qiymətlərirəm".

sia.az

Digər xəbərlər