"ATƏT-in Minsk qrupu həmsədrlərinin qərəzli mövqe tutması həmin beynəlxalq qurumun daxili işlərinə qarışmaq və qarşı tərəfə təzyiq göstərilməsi kimi qiymətləndirilə bilər". Bu fikirləriSİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.O bildirib ki, dünyanın bir çox beynəlxalq və regional təşkilatlarının, o cümlədən BMT-nin, AŞPA-nın, İKT-nin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı qərar və qətnamələri var: "İstənilən beynəlxalq qurum bu məsələni müzakirəyə çıxara bilər və Ermənistana işğalçılıq siyasətinə görə tənqidlə yanaşa, hətta ona qarşı sanksiyalar da tətbiq edə bilər. Əslində demokratiya anlayışı olan, insan hüquq və azadlıqları barədə azca təsəvvürü olan dövlət və onun nümayəndələri istənilən beynəlxalq qurumun seçkili orqanlarının işinə müdaxilə etməsi bilavasitə insan hüquq və azadlıqlarının pozulması, parlamentarilərin iradəsinə təzyiqdir, ümumiyyətlə beynəlxalq miqyasda görünməyən ləyaqətsiz davranış formasıdır ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu münasibəti ortaya qoyurlar. Faktın özü bir daha sübuta yetirir ki, Minsk qrupunun həmsədri olan ölkələr erməni diasporunun, lobbisinin təsiri altındadır eyni zamanda onların geosiyasi maraqları mövcud status-kvonun saxlanılmasını diktə edir. Yəni, bu gün münaqişə öz həllini tapmırsa bunun bilavasitə məsuliyyətini ATƏT-in Minsk qrupunun həmsədrləri daşıyırlar. Onlar münaqişənin həll olunmasını bilərəkdən istəmirlər. Çünki münaqişə vəziyyətinin davam etməsi onlara regionda öz təsir imkanlarını saxlamağa kömək edir"."Düşünürəm ki, bu məsələ adekvat formada AŞPA-nın qış sessiyasında qaldırılmalı, qurum üzvlərinə qarşı ATƏT-in Minsk qrupu tərəfindən təzyiq olunmasına münasibət bildirilməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri münaqişədə vasitəçilik missiyalarında mənəvi-hüquqi haqlarını tamamilə itiriblər və onların fəaliyyətindən imtina olunmalıdır".
sia.az