PDF Oxu

Siyasət

  • 20

Millət vəkili: "Minsk qrupu fəaliyyətində dönüş yaratmasa, digər həll formatları axtarılacaq" AÇIQLAMA

Millət vəkili: "Minsk qrupu fəaliyyətində dönüş yaratmasa, digər həll formatları axtarılacaq" AÇIQLAMA

"Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun uzun illərdir ki, qeyri səmərəli və nəticəsiz fəaliyyəti Ermənistan -Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni formatın zəruriliyini aktuallaşdırır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.O bildirib ki, Minsk qrupu BMT-nin xüsusi mandatı ilə bu problemi həll etmək üçün yaradılıb: "Ancaq buna baxmayaraq, 1994 -cü ildən bu günədək heç bir rayonumuz erməni işğalından azad edilməyib. Tam əksinə bəzən insanda elə təssürat yaranır ki, bu xüsusi qurum ya status -kvonun qorunması üçün ya da erməni işğalının müddətinin uzadılması üçün yaradılıb. Ona görə də Minsk qrupu öz fəaliyyətində ciddi dönüş yaratmalı, doğurdan da problemi həll etmək istədiyini real addımlarla sübut etməlidir. Əks təqdirdə problemin həlli üçün ən müxtəlif formatlar və vasitələr axtarılacaq. Azərbaycan heç vaxt torpaqlarnın işğalı ilə razılaşmayacaq, öz ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir. Azərbaycan ordusu da hazırda bu vəzifəni yerinə yetirməyə qadirdir. Ona görə də Minsk qrupunun həmsədirləri AŞPA -da bu məsələnin gündəmə gətirilməsindən narahat olmaqdansa öz fəaliyyətində dönüş yaratsa daha yaxşı olar"."Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatları AŞPA-da müzakirə olunacaqsa, bu Azərbaycan vətəndaşlarının erməni işğalı nəticəsində nə qədər ziyan çəkdiklərinin bir daha aktuallaşdırılması və işğal faktının səsləndirilməsi olacaq. Məncə bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin qısqanclığına deyil onların problemin həlli ilə bağlı səylərinin artırılmasına səbəb olmalıdır" .

sia.az

Digər xəbərlər