PDF Oxu

Siyasət

  • 15

Seymur Orucov: “Azərbaycan böhrandan minimum itki ilə çıxmağı bacaracaq” AÇIQLAMA

Seymur Orucov: “Azərbaycan böhrandan minimum itki ilə çıxmağı bacaracaq” AÇIQLAMA

"Azərbaycan yenə də öz makro-iqtisadi göstəricilərini, iqtisadi inkişaf tempini, ümumi daxili məhsulun həcmini istədiyi səviyyədə saxlaya biləcək". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.Sədrin sözlərinə görə, dünyada baş verən iqtisadi və siyasi böhran Azərbaycandan yan keçə bilməzdi: "Baxmayaraq ki, həmin proseslər dünyada artıq 4-5 ildir ki davam edir, ölkəmizə çox gec təsir etməyə başladı. Cənab Prezidentin sonuncu müşavirədə də bildirdiyi kimi, Azərbaycan bu böhrandan minimum itki ilə çıxmağı bacaracaq. Bunun üçün həm siyasi iradə, həm də iqtisadi münbit mühit var. Bütün bu baş verənlər fonunda Azərbaycan dövləti sosial layihələrini nəinki dayandırmadı, hətta bu istiqamətə daha böyük diqqət ayırdı. Bu baxımdan da ölkəmiz dünyaya nümunədir".Yaranmış müəyyən çətinliklərdən istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışan bəzi müxalifət "liderləri"nə də cavab verən Seymur Orucov bildirib ki, həmin təxribatçı qüvvələrin sosial bazası yox səviyyəsindədir: "Azərbaycanda müxalifətin elektoratı demək olar ki sıfıra bərabərdir və bir neçə qohum-əqrəbalarından başqa onları dəstəkləyən kimsə yoxdur. Xalqın müxalifəti dəstəkləməməsinin səbəbi onlara inamının olmamasıdır. İnamsızlıq isə ondan qaynaqlanır ki, bu şəxslər xalq üçün faydalı olacaq hər hansı faydalı proqram, layihə ortaya qoymaqdansa, anti-Azərbaycan mövqeyi ilə seçilən hər hansı təşkilatlardan, qurumlardan qrant alıb onların maraqlarına xidmət etməklə məşğuldurlar. Təbii ki, qrant almaq üçün həmin təşkilatların əlinə təhrif olunmuş materiallar ötürmək artıq bu insanların vərdişinə çevrilib. İstədikləri nəticəni əldə edə bilmədikləri zaman isə aidiyyatı olmayan məsələləri öz maraqları çərçivəsində siyasiləşdirərək xarici donorlarına təqdim edirlər. Onlar isə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər".

sia.az

Digər xəbərlər