PDF Oxu

Siyasət

  • 20

YAP İsmayıllı rayon təşkilatı Qalacıq kəndində tədbir keçirib

YAP İsmayıllı rayon təşkilatı Qalacıq kəndində tədbir keçirib

YAP İsmayıllı rayon təşkilatı Qalacıq kəndində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirib. Yığıncağı giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, hesabat ilini partiyamız üçün uğurlu hesab etmək olar. Belə ki, rayon təşkilatı 2015-ci ildə partiyanın banisi Ümummilli Lider Heydər Əliyevin ideyalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışmış, partiyanın Sədri möhtərəm İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəyiblər. Natiq bildirib ki, öz ətrafında 86 ilk partiya təşkilatını birləşdirən rayon təşkilatı il ərzində daha da güclənmiş, onun sıraları kəmiyyət və keyfiyyət baxımından daha da genişlənib. Hazırda YAP üzvlərinin sayı 8110 nəfərə çatıb. Onların 3008 nəfərini və ya 37,1%-ni qadınlar, 3312 nəfərini və ya 41%-ni gənclər təşkil edir. YAP-ın Sədri Cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, hesabat ilində partiya sıralarına qəbul edilənlərin əksəriyyəti gənclərdir. Partiyaya qəbul zamanı Ulu Öndər Heydər Əliyev ideyalarına, partiyaya bağlı, sadiq, əqidəli, keyfiyyətcə saf, dövlətçiliyimizi müdafiə edən, gənclərin qəbulu əsas meyar kimi götürülmüşdür. Hər bir partiya üzvünün fəaliyyəti partiyanın yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinə yönəldilib.

Ə.Vahabova öz çıxışında qeyd edib ki, son vaxtlarda dünyada baş verən maliyyə böhranı və neftin qiymətinin ucuzlaşmasından, onun ölkəmizə təsirinə baxmayaraq, sosial infrastruktur layihələri də uğurla icra olunur. Dövlət başçısının rəhbərliyi altında hazırlanmış antiböhran tədbirlər paketində Azərbaycanın antiböhran yol xəritəsi müəyyənləşdirilib. Antiböhran tədbirlər paketində, hər şeydən əvvəl, mövcud vəziyyət xarakterizə ediləcək və gələcək üçün hazırlıq planı müəyyənləşdirilib.

Tədbirdə çıxış edən YAP Qalacıq ilk partiya təşkilatının sədri Zöhrə Şalbuzova, İƏD üzrə nümayəndə Təbriz Eminov, kənd sakinləri Zahid Abbasov, Fikrət Bədirov, Əzim İmamalıyev, Səfər Ramazanov, Nəbi Rəsulov, Şamil Abbasov, Novruz Əlimuradov, Savad Babayev, Vaqif Abbasov, Alışan Səmədov və başqaları çıxış edərək, möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıdan, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması naminə görülən işlərdən danışdılar. Qeyd olunub ki, Cənab Prezident daima xalqın həyat səviyyəsinin daha da yüksəldilməsinə çalışır və bu məqsədlə müxtəlif dövlət proqramlarının, sosial yönümlü layihələrin icrasına göstəriş verir. Son günlərdə ölkə başçısının kənd təsərrüfatının inkişafı, kənd əhalisinin torpaq resurslarından səmərəli istifadəsi məqsədilə dövlət tərəfindən müvafiq subsidiyaların verilməsi sahəsində verdiyi göstərişlər hər kəsin ürəyincədir.Cənab Prezidentin apardığı bu çevik idarəçilik, təqdirəlayiq antiböhran siyasəti tezliklə öz bəhrəsini verəcək, ölkəmiz dünyada gedən bu iqtisadi böhran burulğanının mənfi nəticələrinə məruz qalmayacaq.

ZÜMRÜD

Digər xəbərlər