PDF Oxu

Siyasət

  • 20

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-ci ildə rayonda partiya üzvlərinin ümumi sayı 1431 nəfərə çatıb. Onların 261 nəfərini qadınlar, 368 nəfərini gənclər təşkil edir.AZƏRTAC xəbər verir ki, bu faktlar Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında ötən ilin yekunları ilə bağlı keçirilən şura iclasında səsləndirilib.İclasda şura üzvləri və ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər. Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımovun mövzu ilə əlaqədar məruzəsi dinlənilib. Qeyd olunub ki, 2015-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Hesabat ili ərzində təşkilatın 4 şura iclası, İdarə Heyətinin isə 12 yığıncağı keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı məsələlər də müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiya və müşavirələrin yekunları, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən qarşıya qoyulan məsələlər müzakirə olunub.Bildirilib ki, hesabat ili ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb. 2015-ci ildə rayonda aparılan tikinti-quruculuq və abadlıq tədbirlərində, yaşıllaşdırma iməciliklərində partiya üzvləri mütəşəkkillik nümunəsi göstəriblər.Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva və Heydər Əliyev adına Gənclər Birliyinin sədri Oğuz Əliyev çıxış ediblər.

AZƏRTAC

sia.a

Digər xəbərlər