PDF Oxu

Siyasət

  • 19

“Trames” Kitab Klubunun açılışı olub

“Trames” Kitab Klubunun açılışı olub

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 26 yanvar tarixində öz nəznində yaradılan "Trames" Kitab Klubunun açılışını edib. AGAT-dan SİA-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycan gəncliyini mütaliə etməyə həvəsləndirmək və bununla yanaşı cəmiyyətdə kitaba verilən dəyəri artırmaqdır. Açılışda Kitab Klubun strukturu və gələcək planları açıqlanıb, ilkin 20 üzv qəbul edilib.

Qeyd edək ki, üzvlük oxu kartları vasitəsilə həyata keçiriləcək. "Trames" Kitab Klubunun daxili strukturuna əsasən həftədə bir dəfə klub üzvlərinin seçimi ilə təyin olunmuş bir kitabın müzakirəsi təşkil olunacaq.

Eyni zamanda"Trames"-in beynəlxalq kitab şəbəkələrinə üzvlüyü və AGAT-ın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla ortaq layihələri planlaşdırılır. Gələcək planlar sırasına "Trames"-in region filiallarının yaradılması daxildir. Açılışın sonunda isə "Trames" Kitab Klubunun nümayəndələri və üzvləri ilk kitabları klubun rəfinə daxil ediblər.

sia.az

Digər xəbərlər