Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının şura iclası keçirilib.
İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatlarının və üzvlərimizin sayı da artırılıb: "Belə ki, ötən il partiya sıralarına 206 nəfər qəbul olunmuşdur ki, onların da 85 nəfəri və ya 41 faizini gənclər təşkil etmişdir. hal-hazırda rayon təşkilatının sıralarında 5717 nəfər YAP üzvü vardır ki, onlardan da 3011 nəfərini qadınlar, 1355 nəfərini gənclər təşkil edir. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir".
R.Şabanov vurğulayıb ki, sözlə əməlin birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib: "Qeyd edim ki, əvvəlki illərdə olduğu kimi, rayon təşkilatı ötən ildə də öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qurmuş, partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının, eləcə də YAP-ın Sədri, ölkə Prezident Cənab İlham Əliyevin nitq və çıxışlarının verdiyi fərman və sərəncamlarının geniş kütlə arasında təbliği və izahı sahəsində ardıcıl işlər apararaq, rayonda aparılan quruculuq və abadlıq işlərində partiya üzvlərinin fəal iştirakının təmin olunması üçün lazımi tədbirlərin görülməsinə diqqəti artırmışdır".
Hesabat ətrafında çıxış edən Qaraağacı ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Həmidov, şura üzvü, rayon mərkəzi xəstəxana ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov, təhsil ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev, rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Hacıqərvənd ərazi ilk partiya təşkilatının sədri Vəli Əliyev, şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov, rayon təşkilatı qadınlar şurasının üzvü Xatirə Məmmədova və başqaları başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən və Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər.
R.KAMALQIZI