PDF Oxu

Siyasət

  • 24

Azər Verdiyev: “Freedom House” ənənəvi xəttini davam etdirir” MÜNASİBƏT

Azər Verdiyev: “Freedom House” ənənəvi xəttini davam etdirir” MÜNASİBƏT

""Freedom House" təşkilatının Azərbaycana qarşı ikili standartları hər zaman olub". SİA xəbər verir ki, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev "Freedom House" təşkilatının açıqladığı siyahıya münasibət bildirərkən deyib.Onun sözlərinə görə, vətəndaş və siyasi azadlıqlar üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Freedom House" 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatını açıqlayıb: "Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib. Təşkilat Azərbaycana qarşı qərəzli mövqe seçib. "Freedom House" ənənəvi xəttini davam etdirir. Bu xətt Azərbaycanla, Azərbaycanın siyasi hakimiyyəti ilə düşmənçilik xəttidir. Siyasi və iqtisadi problemlər hər yerdə var. Bizim fərqimiz ondadır ki, biz problemlərdən qaçmırıq, əksinə həlli istiqamətində işlər görürük. "Freedom House" və bəzi başqa beynalxalq təşkilatlar yalnız Azərbaycanı tutub və ölkəmizi düşmən obrazında göstərməyə çalışırlar. "Freedom House" belə qeyri obyektiv hərəkətləri ilə dünyada olan az-çox nüfuzuna xələl gətirib".

sia.az

Digər xəbərlər