PDF Oxu

Siyasət

  • 18

Musa Quliyev: “Freedom House” həmişə Azərbaycana qarşı düşmən olub” AÇIQLAMA

Musa Quliyev: “Freedom House” həmişə Azərbaycana qarşı düşmən olub” AÇIQLAMA

"Əgər "Freedom House" Azərbaycanı azad ölkələr siyahısına daxil etsəydi, biz buna təəccüblənərdik. Hətta həmin qurumdan şübhələnərdik ki, görəsən ona nə olub ki, bu cür qərar qəbul edib. "Freedom House" həmişə Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və düşmən münasibəti bəsləyən bir təşkilat olub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Freedom House"un ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına daxil etməsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, bu qurumun Azərbaycan haqqındakı fikrinin nə ölkə xalqına, nə də Azərbaycanın beynəlxalq mövqeyinə heç bir aidiyyatı, dəxli və təsiri yoxdur: "Bu mənada "Freedom House" kimi bir sıra təşkilatlar var ki, onlar zaman-zaman Azərbaycana qarşı öz qərəzli mövqelərini ortaya qoyurlar. Onların bu cür qiymətləndirmələrinə və yaxud mövqelərinə əhəmiyyət vermək lazım deyil".Qeyd edək ki, vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Freedom House" 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatını açıqlayıb. Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib. Söz-ifadə azadlığının ən çox pozulduğu ön ölkə siyahısına Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxil edilib. Gürcüstan, Ermənistan, Bosniya və Hersoqovina qismən azad, Xorvatiya və Serbiya isə azad ölkələr kimi qeyd olunub.

sia.az

Digər xəbərlər