Vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Freedom House" 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatını açıqlayıb. Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib. "Freedom House" təşkilatının açıqladığı bəyanat birbaşa Azərbaycana olan qərəz və nifrətdən irəli gəlir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov "Freedom House" təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, artıq bir neçə ildir ki, bu təşkilat öz hesabatlarında Azərbaycana qarşı açıq qərəz nümayiş etdirir: "Bunun bir sıra səbəbləri var. Əvvəla bu təşkilat birmənalı şəkildə erməni lobbisinin sifarişini icra etməklə məşğuldur. Bu onların atdıqları hər addımda, hazırladıqları hər hesabatda açıq-aydın hiss olunmaqdadır. İkinci bir səbəb isə korrupsiya faktoru ilə bağlıdır. Əslində bütün bu hesabatların arxasında külli miqdarda vəsait faktoru dayanır. Bir çox tanınmış ekspertlər artıq "Freedom House" və bu kimi təşkilatların hazırladıqları hesabları ciddiyə almırlar. Etiraf etmək lazımdır ki, 5 il öncə bu kimi hesabatlar hansıa məqamda nəzərə alınırdı. Lakin indi dünyanın geosiyasi mənzərəsi o qədər anlaşılmaz hala gəlib ki, uydurmalar, təzyiqlər birmənalı şəkildə əks effekt verir. Bu məqamda da "Freedom House" təşkilatı bizə yox, öz beynəlxalq imicinə zərbə vurur"Ölkədə QHT və media sektorunun kifayət qədər inkişaf etdiyini deyən Səbuhi Abbasov bu sahədə azadlığın olmaması iddiasını irəli sürənlərin qərəzli olduqlarını deyib: "Azərbaycanda yüzlərlə QHT və media orqanı fəaliyyət göstərir. Bu say hər ötən il durmadan artır. Azərbaycan bəlkə də yeganə ölkədir ki, QHT-lərə dövlət dəstəyi göstərir. QHT-lərə dövlət dəstəyi şurası, KİV-ə dəstək fondu və bu kimi digər qurumlar da məhz bu məqsədə yaradılıb. Azərbaycan eyni zamanda dünyada azad internet ölkəsi kimi tanınır. Bütün bu faktorlar "Freedom House" təşkilatının nə qədər qərəzli olduğunu sübüt edir. Belə bir sual ortaya çıxır: "Freedom House" bu hesabatı hazırlayarkən ölkəmizdə hansı analoji sorğunu həyata keçirib. Mən QHT sədriyəm, eyni zamanda internet-media orqanının rəhbəriyəm. Niyə mənim və tanıdığım yüzlərlə həmkarlarımın rəyi nəzərə alınmayıb? Bu hesabatda təqdim olunan sorğu kimlər arasında keçirilib? Baxın əsl problem, əsl biyabırçılıq budur".
sia.az