Hər zaman Azərbaycan qarşı qəzrəzli mövqeli hesabatları ilə seçilən "Human Rights Watch", "Freedom House" və bu kimi qondarma təşkilatlar yenədə qərəzli, şər - böhtam üzərində qurulan acıqlamalar və hesabatlarla çıxış edirlər. "Human Rights Watch" yaydığı hesabatında iddia edib ki, guya Azərbaycanda media və QHT-lər təqib olunur,onların fəaliyyətlərinə süni manelər yaradılır. Söhbət etdiyimiz müsahiblərimiz "Human Rights Watch"ın hesabatının heç bir əsası olmadığını və hesabatın başdan-ayağa qədər yalan və böhtan üzərində qurulduğunu bildirdilər.
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Human Rights Watch"ın" mövqeini - dünyada böyük nufuza malik Azərbaycanı gözdən salmağa hesablanan təxribat hesab edirəm"
- "Human Rights Watch" kimi təşkilatların Azərbaycan mediası haqqında qərəzli mövqeyi hər kəsə bəllidir. Təbii ki, Azərbaycan haqqında reallığı özündə əks etdirməyən qərəzli yanaşmaların hamısı Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsindən narahat olan qüvvələrin təxribatıdır. Baş redaktor olaraq "Human Rights Watch"ın mövqeini - dünyada böyük nufuza malik Azərbaycanı gözdən salmağa hesablanan təxribat hesab edirəm. Birmənalı şəkildə demək olar ki, ölkəmizdə media işçilərinin təqib olunması məsələsi yoxdur, jurnalist fəaliyyətinə görə həbsdə olan şəxs yoxdur. Ola bilər ki, jurnalist olaraq başqa əməlinə görə cinayət törədibsə, bu, başqa məsələdir. Ancaq bu gün Azərbaycanda məhz jurnalist peşəsinə görə təqib olunan və yaxud həbs olunan şəxs yoxdur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Azərbaycan azsaylı ölkələrdəndir ki, burada mətbuata dövlət tərəfindən yardımlar olunur"
- Hər bir ölkədə onları maliyyələşdirən və bununla da xaricdə dövlətlərinin maraqlarını ifadə etməyə məcbur edilən təşkilatlar var. Bu nüfuz müvəkillərinin hansı bir formada maraqlarına toxunanda, bütöv ölkənin mediası və siyasi sistemi hədəfə alınır. Bununla da, onlar həmin ölkəyə qarşı qərəzli bir kampaniya həyata keçirirlər. Oxşar hadisələrin biz erməni diasporunun fəaliyyətində də qaynaqlandığını bilirik. Bir sözlə, Azərbaycan azsaylı ölkələrdəndir ki, burada mətbuata dövlət tərəfindən yardımlar olunur. Jurnalistlərin sosial problemləri hər zaman diqqət mərkəzində saxlanılır. Mövqeyindən, siyasi baxışlarından, ölkədə baş verən hadisələrə yanaşma tərzindən asılı olmayaraq, ən kəskin tənqid edən mətbuat orqanlarına belə dövlət yardımlar göstərir. Bu yardımın müqabilində onların qarşısında hər hansı bir şərt qoyulmur. Göstərici budur və bunu da Azərbaycan xalqı çox yaxşı görür və bu reallığı beynəlxalq ictimaiyyətin nümayəndələri də yaxşı görürlər. Bu baxımdan da, bu cür bəyanatlara xüsusi önəm vermək lazım deyil. Çünki belə yanaşmaların haradan qaynaqlandığı hər kəsə bəllidir.
GÜLYANƏ